Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olundu

15.04.2019 12:08 3 985
Gürcüstan ermənilərindən dövlət dilini öyrənmələri tələb olundu
Gürcüstan prezidenti Salome Zurabişvili Ana dili günü münasibətilə cənub bölgəsində yerləşən Axalkalaki şəhərinə baş çəkib. Adı çəkilən şəhərdə etnik ermənilər kompakt şəkildə yaşayır.

“Novosti-Qruziya”nın yazdığına görə, Zurabişvili Mədəniyyət evinin fasadında gürcü əlifbasının hərflərindən ibarət pannonun (divarın, tavanın naxış və ya şəkillə bəzənmiş səthi - red.) açılışında iştirak edib, yerli sakinlərlə görüşüb.

Vətəndaşlara müraciətində Zurabişvili dövlət dilini mükəmməl səviyyədə bilməyin vacibliyindən söz açıb.

Məlum olduğu kimi, Axalkalaki əhalisinin 85 faizi ermənilərdən ibarətdir və çoxları dövlət dilini məişət səviyyəsində bilir, habelə gürcü dilində ümumiyyətlə danışa bilməyən sakinlər də var.

O hər bir Axalkalaki sakininin gürcü dilini ən azından vətəndaşlıq almaq üçün imtahan verən xaricinin dil bilgisi səviyyəsində bilməli olduğunu vurğulayıb.

“Sizin və sizin uşaqlarınızın tamhüquqlu Gürcüstan vətəndaşları olmasını istəyirəm, ona görə, hamının ikili vətəndaşlıqdan yararlana bilməsi üçün çox işlər görmüşəm. Bu dəyişiklik artıq Konstitusiyada öz yerini tapıb və hazırda hər bir şəxs Gürcüstan vətəndaşlığını qaytara, bərpa edə bilər. Ancaq bunun üçün sizdən də bir addım tələb olunur. Dövlət dilini öyrənməlisiniz”, -deyə gürcüstanlı prezident bildirib.

Son xəbərlər