Mojo.az Banner
16:46 KMBİ bankların adından kiberdələduzluq edən şəxsləri saxladı - Video  |     16:42 İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT  |     16:31 Türkiyədə cinayətkar qrupa qarşı böyük əməliyyat: "Cəhənnəm Necati"nin əlaltıları tutuldu  |     15:52 "Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblər  |     15:32 Bu gündən balıq ovu QADAĞANDIR  |     15:30 Təranə Əhmədova Səhiyyə Nazirliyindəki vəzifəsindən getdi  |     15:28 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA  |     15:17 Azərbaycan bazarında ən çox güvənilən avtomobil markaları hansılardır? – AÇIQLAMA  |     15:09 İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb  |     13:08 Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:07 Azərbaycan nefti ucuzlaşdı  |     12:53 Şəxs borc verdiyini məhkəmədə necə sübut etməlidir? - Hakimdən İZAH  |     12:34 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi  |     12:04 Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA  |     12:02 Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK  |     12:00 Qazaxıstanda bəzi əcnəbilərə "Qızıl viza" veriləcək  |     11:55 Özünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATI  |     11:51 Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA (Video)  |     11:44 Astana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq  |     11:40 Gömrükdə qida məhsulları ilə bağlı YENİLİK  |    
Left Banner
Right Banner

Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi

02.03.2019 22:55 3 935
Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib.

AZƏRTAC-ın məlumatına görə, GAK sədri Hüseyn Yusubov bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib.

Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

Xatırladaq ki, GAK sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin prezident administrasiyasında işə cəlb olunmalarını təklif etmişdi.скачать dle 11.3
Mojo.az Banner