Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur | 22:02 Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi (VİDEO) | 21:51 Ermənistanda böyük korrupsiya: Vəzifəli şəxslər həbs edildilər | 21:51 COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi - FOTO | 21:47 Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb | 21:41 Qazaxıstan bu ölkələrdən yumurta gətirilməsinə qadağa qoydu | 21:40 Culfada avtomobil 72 yaşlı qadını vurdu | 21:37 Azərbaycanda daha bir həkim vəfat etdi | 21:26 Göygöldə evdən meyit tapıldı | 21:08 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı | 21:07 Spirtli içki və ət satanlara 300 min manatlıq dələduzluq etdi | 21:06 Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb | 20:57 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb - Şikayət və MTK direktorunun etirafı

02.04.2019 22:50 2 687
Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb - Şikayət və MTK direktorunun etirafı
Külli miqdarda pul verib ev alan şəxslər nə mənzillərini, nədə ki, pullarını geri ala bilirlər.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, Bakıda daha bir tikinti şirkəti bir mənzili 2-3 nəfərə sataraq vətəndaşlara külli miqdarda zərər vurub. Söhbət Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxbərtəbəli binanı inşa edən ''Bulaq-2'' Mənzil Tikinti Koperativindən gedir. Zərərçəkmişlər iddia edir ki, müqavilə görə, 2015-ci ildə təhvil verilməli olan binada iş hələ davam edir. Bir neçə gün əvvəl isə onlardan bir neçəsi müəyyən ediblər ki, MTK-nın sahibi bir evi bir neçə nəfərə satıb.

Zərərçəkmişlərin bəziləri isə aldıqları evi təmirə başlayarkən evin başqa sahibi ilə üzləşdiklərini deyirlər. Zərərçəkmiş Fuad Əhmədovun sözlərinə görə, 2014-cü ildə həmin şirkətə 95 min manat pul ödəyərək ev alıb, amma sonradan məlum olub ki, mənzil üç nəfərə satılıb.

''Bulaq-2'' MTK-nın direktoru Elmira Şirinova bir mənzili 2-3 nəfərə satmasını etiraf edib. O, problemin yaxın bir ay müddətə həll olunacağını deyib.

Zərərçəkmişlər problemlərinin həll olunmayacağı təqdirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcəklərini bildirirlər.

Son xəbərlər