Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Atlant”ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı

17.07.2025 21:59 696
Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə şahid qismində Şahin Tapdıqov ifadə verib.

O bildirib ki, Nofəl Hacıyevi tanısa da, Talış Məhəmmədovu tanımayıb.

Onun sözlərinə görə zərərçəkmiş Fərhad Zəkriyevi və digər şəxsləri tanımayıb: "Mən 2018-ci ildə şirkətdən 110 kvadrat mənzil almışdım. Sonra imkanım olmadı, geri qaytarmaq üçün müraciət etdim. Əvvəlcə Nofəl müəllim bunun mümkün olmadığını dedi. Amma sonradan məni çağıraraq pulumu geri qaytardı. Mən evi heç kimə satmamışam. Mənzili qaytarmışam, Nofəl müəllim də mənə 95 min manat ödəniş edib. Mən müqaviləni geri qaytardım, pulu götürərək getdim. Mənə pul lazım idi, ona görə də evi geri qaytarmaq qərarına gəldim. Çünki pula ehtiyacım var idi, borca düşmüşdüm".

Hakimlər heyətinin səsləndirdiyi sənədlərdən məlum olur ki, şirkət həmin mənzili 2018-ci ilin may ayında həmin mənzili Fərhad Zəkriyevə 154 min manata satıb. Bir mənzil bir ayın içində iki nəfərə müxtəlif qiymətlərə satılıb. Sonra mənzil daha bir nəfərə satılıb. Bu zərərçəkmiş Məmmədəli İsmayılovdur.

Ş. Tapdıqov məhkəmədə deyib ki, həmin şəxs onun evinə gəlib, özünü prokurorluq işçisi kimi təqdim edib, onların arasında mübahisə yaranıb. M. İsmayılov deyib ki, mənzili Ş. Tapdıqovdan 98 min manata alıb. Amma Tapdıqov israrla mənzili həmin şəxsə satmadığını, şirkətə geri qaytardığını deyib. Bu zaman onların arasında mübahisə yaranıb. Onlar bir-birini ittiham ediblər.

Sonra zərərçəkmiş Hüseyn Əliyev tərəfindən Nofəl Hacıyevə qarşı qaldırılan mülki iddia elan olunub.

O, ümumilikdə 90 min manat mülki iddia qeyd edib. Hakimlər heyəti mülki iddianı icraata qəbul ediblər. Hakim zərərçəkmiş Bayram Yusibovun nümayəndəsinin diqqətinə çatdırıb ki, müdafiə tərəfi onun dindirilməsini istəyib. Hakim həmin şəxsin məhkəmədə hazırda iştirak etmədiyi, gölməsəz məcburi gətirilmə qərarı çıxarıla bilər. Nümayəndə qeyd edib ki, B. Yusibovun vəziyyəti yaxşı deyil, bu səbəbdən məhkəmədə iştirak edə bilmir. Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov isə zərərçəkmişin səhəti ilə bağlı heç bir problem yoxdur. Vəkili həmin şəxsin məcburi qaydada məhkəməyə gətirilməsini istəyib. Məhkəmə zərərçəkmiş B. Yusibovun və digər bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilib. Növbəti proses iyulun 24-də davam edəcək. Qeyd edək ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz” MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 172 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Nofəl Hacıyev "Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni olmaqla yanaşı, mərkəzin şəriklərindən biri hesab olunur. İttihama görə, vətəndaşlardan toplanan vəsait "Atlant”ın təmir və tikinti işlərinə sərf olunub. Cinayət işi çərçivəsində "Atlant” İstirahət Mərkəzinin əmlakına həbs qoyulub. Əgər məhkəmə hökmü çıxarılarsa, bu əmlak zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. "Atlant”ın sahibi Tahir Qədəşovdur. Məhkəmədə onun da məsuliyyətə cəlb olunması tələb edilmişdi. Bu vəsatət hələlik baxılmamış qalır. "Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində, dəniz sahilində yerləşir.

Son xəbərlər