Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

"Atlant" istirahət mərkəzi satıla bilər: Qalmaqallı dələduzluq işi

22.05.2025 22:16 1 014
Dələduzluq və digər cinayət əməllərində təqsirləndirilən - "Təbriz" MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə kecirilən iclasda müdafiə tərəfləri cavabdeh olan MTK-nın balansına aid bütün daşınmaz əmlakların siyahıya alınaraq üzərlərinə həbs qoyulması ilə bağlı vəsatət təqdim ediblər.

Prosesdə iştirak edən zərərçəkənlər də vəsatəti müdafiə edərək məhkəmədən onun təmin olunmasını, cinayət yolu ilə əldə edilmiş əmlakların satılaraq dəymiş zərərlərin ödənilməsinə yönləndirilməsini istəyiblər.

Vəkillər və müdafiəçilərin əsas tələbi "Atlant" istirahət mərkəzinə qoyulmuş həbsin götürülərək, satılıb pulunun zərərçəkənlərə ödənilməsi olub.

Prosesdə eyni mənzilin satıldığı iki zərərçəkən ifadə verərək bildiriblər ki, müqavilələrdən biri 2018-ci il, digəri isə 2029-ci ildə bağlanılıb. Təqsirləndirilən Nofəl Hacıyev isə eyni mənzilin hər iki sahibini tanımadığını deyib.

İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Tərbiz" MTK-nın Nərimanov rayonu ərazisindəki tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə, 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

Qeyd edək ki, Nofəl "Atlant" İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı "Atlant"ın təmir-tikinti işlərinə yatırıb.

Onu da qeyd edək ki, məhkəmə istintaqı ilə əlaqədər "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" İstirahət Mərkəzinə həbs qoyulub.

İstirahət mərkəzinin sahibi Tahir Qədəşov da həmçinin şahid kimi prosesə dəvət edilərək sualları cavablandırıb.
//oxu.az

Son xəbərlər