Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tikinti şirkəti sakinləri təhlükə ilə üz-üzə qoyub - VİDEO

06.09.2018 13:29 4 843
Bakıda tikinti şirkəti sakinləri təhlükə ilə üz-üzə qoyub - VİDEO
Bakıda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilib.

Sakinlər mənzil başına çatmaq üçün qarşı tərəfə keçməyə və ya yolun hərəkət hissəsi ilə getməyə məcbur olurlar.

Median.Az bildirir ki, söhbət paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzal Komplekisnin qarşısından gedır. "Motodrom" kimi tanınan ərazidə yaşayan sakinlər deyirlər ki, səki zəbt edildiyindən çətin vəziyyətdə qalıblar.

Sakinlərin sözlərinə görə, bu yoldan məktəbə gedən uşaqlar da istifadə edirlər. Ona görə də sentyabrın 15-dən onların işi daha da çətinləşəcək. Yolda isə hərəkət edən avtomobillərin ardı-arası kəsilmədiyindən qəza riski yüksəkdir.

Ərazidə yaşayanların sözlərinə görə, son vaxtlar, ümumiyyətlə tikintidə iş getmir. Amma tikintinin bünövrəsi üçün qazılmış yer ətrafa təhlükə saçmağa davam edir. Məhz buna görə də yaxınlıqda yaşayanlar övladlarını küçəyə buraxmırlar.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirdilər ki, bünövrənin bir neçə il əvvəl qazılmasına baxmayaraq, tikinti işləri davam etdirilməyib. Hüquq müəyyənedici sənədlərin təqdim edilməsi üçün tikinti şirkətinə müraciət olunub. Yalnız sənədlər təqdim edildikdən sonra müvafiq tədbirlərin görülməsi təmin olunacaq. /xezerxeber.az
скачать dle 11.3

Son xəbərlər