Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Su filtrləri satan işbazlar ƏHALİNİ ALDADIR - "Azərsu"

01.04.2019 17:04 1 965
Su filtrləri satan işbazlar ƏHALİNİ ALDADIR -
Bakı və Bakıətrafı ərazilərdə bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara baha qiymətə su filtrləri təklif edirlər.

Məsələ ilə bağlı "Trend"ə açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin şəxslər insanları aldatmaqla məşğuldur: "Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək (əsasən də axşam saatları) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və reduksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu, su içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları insanların bu sahədə bilgilərinin az olmasından sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər. Kimya və bilogiyadan heç bir anlayışı olmayan həmin gənclər TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd - ümumi mineralların yolverilən qatılıq həddi) təşkil edən suyu çirkli su adlandırır və bununla da insanları aldadırlar".

A.Cəbrayıllı bildirib ki, əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq həddi qüvvədə olan standartlara əsasən 1500-ə qədər olduqda bu su içməyə yararlı sayılır: "Bu gün Azərsu ASC-nin insanlara verdiyi suda isə bu göstərici 250-500 arasında dəyişir. Başqa sözlə, bu gün istehlakçılara verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir".

Son xəbərlər