Mojo.az Banner
16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |     15:32 Tokayev: "İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə tərəqqi nümunəsinə çevrilib"  |     15:22 Marketlərə kiberhücum: Mütəxəssislər Azərbaycandakı riskləri açıqladı  |     14:41 Cəhalətə qarşı mübarizə aparanlar dövlət tərəfindən dəstəklənəcək? – Deputat açıqladı  |     14:29 Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq  |     13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Masazırda beş gündür niyə su yoxdur? - AÇIQLAMA

29.06.2021 13:37 1 281
Masazırda beş gündür niyə su yoxdur? - AÇIQLAMA
Abşeron rayonu Masazır qəsəbəsində beş gündür su yoxdur.

Bu barədə vətəndaşlar sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, söhbət Masazır qəsəbəsinin Cantəpə adlanan ərazisindən gedir.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, Masazır qəsəbəsinin Cantəpə adlanan ərazinin hündür nöqtələrində suyun verilişində çətinlik var:

“Ərazinin bir hissəsində suyun verilişində çətinlik var. Orada nasosxanamız işləyir, əraziyə suyun verilişi təmin edilir. Lakin ərazidə əhalinin sayının artması, şəbəkənin genişləndirilməməsi və sudan suvarma məqsədilə istifadə hidravlik rejimin pozulmasına gətirib çıxarıb. Bu da ucqar nöqtələrə, eləcə də Cantəpə ərazisinin bir hissəsinə içməli suyun verilməsində çətinlik olub.

Məsələ ilə bağlı aidiyyəti üzrə Abşeron Sukanal İdarəsinə məlumat verilib. Ötən həftənin şənbə-bazar və bu həftənin 1-ci günü Rayon İcra Hakimiyyətinin nümayəndələri və “Azərsu” ASC tərəfindən su maşınları ilə əraziyə su vermişik. Bu gün də nasosxana ərazisində suyun vurulması prosesi davam edir. Çalışırıq ki, suyun təzyiqi artırılsın və ucqar nöqtələrə suyun verilməsində çətinlik yaranmasın. Yaranan çətinliklərin səbəblərindən biri də həmin ərazilərdə insanların tikinti normalarına uyğun gəlməyən fərdi şəbəkələrinin çoxluq təşkil etməsidir. Sudan daha çox suvarma məqsədilə istifadə də ucqar nöqtələrə içməli suyun verilişinə problem yaradır”.скачать dle 11.3
Mojo.az Banner