Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 14 yaşlı qızın qarnından kişi orqanları çıxdı

27.03.2019 19:06 2 452
Bakıda 14 yaşlı qızın qarnından kişi orqanları çıxdı
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssisləri mürəkkəb əməliyyat aparıblar.

Universitetdən verilən məlumata görə, 14 yaşlı qız tam formalı “testikulyar feminizasiya” diaqnozu ilə klinikaya müraciət edib.

Xaricdən qadın olan bu pasiyentin daxili orqanları kişi cinsinə aid olub.

Klinikanın baş həkimi Ramiz Poluxov bildirib ki, uşaq iki yaşında ikən ikitərəfli yırtıq əməliyyatı keçirib. Uşaqda ilk narahatlıq 3 yaşında süd vəzilərinin böyüməsi ilə başlayıb:

“Ultrasəs müayinəsi zamanı bəlli olub ki, körpənin bətnində yumurtalıq və uşaqlıq yoxdur.

Müayinə nəticəsində ona “testikulyar feminizasiya” diaqnozu qoyulub. 2018-ci ildə isə xəstənin çanaq boşluğunun maqnit rezonans tomoqrafiyası zamanı intraabdominal (qarın boşluğunda) maliqn transformasiyalı xayaların olduğu müəyyən edilib”.

Xəstə müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasına göndərilib. Cərrah R.Poluxovun sözlərinə görə, müayinə zamanı xəstənin fenotip olduğu təsdiqlənib.

Yəni, xarici görünüşünə görə tam qız olan bu pasiyentdə inkişaf etmiş süd vəziləri və xarici cinsiyyət üzvləri olub. Lakin daxildə uşaqlıq və yumurtalığı yoxdur, yalnız 3-4 sm-lik infantil uşaqlıq yolu olduğu müəyyənləşib. Lakin genotip olaraq xəstə 46XY geninə aid tam oğlandır.

Bu xəstədə laparoskopik üsulla orxioektomiya əməliyyatı aparılıb. Onun qarın boşluğunda yerləşən hər iki xaya çıxarılıb. Xaric olunmuş xayalar histoloji müayinəyə göndərilib və in situ qonadoblastoma aşkar edilib.

Həkim qeyd edir ki, belə xəstələrə vaxtında və düzgün yanaşılmalıdır. Bəzən belə xəstələri “tüksüz qız” da adlandırırlar. Çünki onlarda ikincili cinsi əlamətlər - yəni, qasıq və qoltuqaltı tüklənmə ya olmur, ya da tüklər həddən artıq zərif olur.

Əgər qız uşaqlarında iki tərəfli qasıq yırtığı qeyd olunursa, mütləq əməliyyatdan öncə abdominal ultrasəs müayinəsi aparılmalıdır ki, qeyd olunan patologiyaların olub-olmadığı müəyyən edilsin.

Son xəbərlər