Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda koronavirusdan ölən ilk şəxslə bağlı daha bir RƏSMİ AÇIQLAMA

13.03.2020 12:35 2 325
Azərbaycanda koronavirusdan ölən ilk şəxslə bağlı daha bir RƏSMİ AÇIQLAMA
“Ötən gün COVİD-19-dan dünyasını dəyişən 1969-cu il təvəllüdlü qadın Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölməyib”.

Bunu ATU-nun Mətbuat xidmətinin rəhbəri Günel Aslanova Oxu.Az-a sosial şəbəkələrdə koronavirusdan (COVİD-19) ölən xəstənin Universitetdə dünyasını dəyişməsi və iki rezidentə bu virusu yoluxdurması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, həmin şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna transfer olunmuşdu:

“Xəstə köçürüldükdən sonra Tədris Cərrahiyyə Klinikasının Kardiologiya və Urologiya şöbəsi boşaldılıb və dezinfeksiya edilib. Hər ehtimala qarşı qadınla təmasda olan 110 nəfərdən analiz götürülüb. Nəticələr neqativ çıxıb”.

G.Aslanova bildirib ki, iki rezidentin bu virusa yoluxması ilə bağlı yayılan məlumatlar yanlışdır.

Qeyd edək ki, sosial şəbəkələrdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusa yoluxan xəstənin ölməsi və daha iki rezidenti yoluxdurması, eyni zamanda klinikanın bağlanılması ilə bağlı məlumat yayılıb.

Son xəbərlər