Mojo.az Banner
23:01 Lifti və qaz xətti olmayan bina: Sumqayıtda vətəndaşlar təhlükə ilə üz-üzə - VİDEO  |     22:50 Samuxda ağır qəza: Ölənlər var  |     22:32 Rəşad Sadıqovdan etiraf: "Onlar bizdən daha hazırlıqlı idilər"  |     22:20 İcra başçısından yeni təyinat  |     22:13 İran Hörmüz boğazını yenidən bağlayacaq  |     22:06 "Xaricdəki hərbi münaqişələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilərlər" - VİDEO  |     22:00 Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...  |     21:53 İrandakı nüvə obyektlərini izləyirik - Tramp  |     21:46 Balakəndə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB  |     21:31 Rusiya dizel yanacağının ixracına qadağa qoydu  |     21:20 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO  |     21:11 "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir? - Baş məşqçidən açıqlama  |     21:04 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi  |     20:56 “Aeroflot” təyyarəsi müəmmalı şəkildə yoxa çıxdı  |     20:50 Akademik Əjdər Məcidov vəfat etdi  |     20:43 Elvin sabahkı matçda oynayacaq? - Açıqlama  |     20:38 İranda liman vuruldu, yaralılar var  |     20:36 Bakı-Balakən qatarının hərəkəti dəyişir  |     20:30 Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb  |     20:21 "Zirə" - "Torpedo Kutaisi": Komandaların start heyətləri açıqlandı  |    
Left Banner
Right Banner

Bakıda dələduzluq edən İran vətəndaşları tutulub - FOTO

09.03.2019 14:04 4 385
Bakıda dələduzluq edən İran vətəndaşları tutulub - FOTO
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir.

Məlumata görə, “102” Zəng Mərkəzinə müraciət edən paytaxt sakini Əli Səfərov bildirib ki, ticarət mərkəzində olan zaman iki nəfər Türkiyə türkcəsində danışan xarici ölkə vətəndaşı ona yaxınlaşaraq Azərbaycanda olan ən böyük pul əskinasları barədə ondan məlumat istəyiblər.

Ə.Səfərov cibində olan pulları çıxararaq həmin şəxslərə göstərdikdə onlardan biri əskinaslara baxmaq adı ilə zərərçəkənin əlindən alıb.

Geri qaytaran zaman isə onlar Ə.Səfərovun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

Hadisə barədə ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.

Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İran İslam Respublikasının vətəndaşları Davud Mogəddəmi və Yosef Hadı saxlanılıblar.

Onlar ifadələrinə bir müddət əvvəl Azərbaycana gəldiklərini və dələduzluq yolu ilə insanları aldadaraq pullarını keçirdiklərini etiraf ediblər.





скачать dle 11.3
Mojo.az Banner