Mojo.az Banner
12:21 Azərbaycan neftinin qiyməti 80 dollara düşüb  |     12:02 26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı  |     11:40 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları  |     11:32 Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI  |     11:28 Bakıda bıçaqlanma: Şübhəli şəxs saxlanıldı  |     11:27 "Epşteyn işi"nin gizlinləri: Çatışmayan sənədlər və məxfi saxlanılan adlar  |     11:22 Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir  |     11:20 Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı ilə bağlı MÜHÜM YENİLİK  |     22:59 Türkiyə gəmisinə hücum oldu, yaralılar var  |     22:56 Nazir şagirdlərin monitorinq imtahanında sual kitabçalarının yığılmasına aydınlıq gətirib  |     22:50 Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı  |     22:41 Messi mundiallarda vurulan qolların sayına görə mütləq rekordçu oldu - VİDEO  |     22:35 Sabah bu yerlərdə işıq kəsiləcək  |     22:29 Azərbaycandan Ermənistana gübrə göndəriləcək  |     22:22 Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçub  |     22:15 Bu şəhərlərdə qaz təchizatında fasilələr yaranacaq  |     22:09 Repititorluğu ləğv etmək mümkün deyil - Təhsil naziri  |     22:01 Bakı universitetlərində bakalavrların sayı azaldılacaq  |     21:53 Bu hisslər xarici görünüşdə radikal dəyişikliklər yaradır  |     21:48 Baş nazirdən daha bir qərar  |    
Left Banner
Right Banner

Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi: Ödənişdən narazıdır

05.03.2019 19:51 1 671
Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi: Ödənişdən narazıdır
"Bakı Metropoliteni”ndə quraşdırma işləri həyata keçirən şirkət qurumu məhkəməyə verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, metroda təmir və avadanlıqların quraşdırılması işlərini görən "Safe Life” MMC metropoliteni müqavilə üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

Şirkət yanğın və mühafizə siqnalizasiyası; sulu, qazlı, köpüklü yanğın söndürmə sistemlərinin; kamera-nəzarət və girişə nəzarət sistemlərinin; yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını; yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin quraşdırılması ilə məşğul olur. Metronun yeni stansiyalarında bu işləri görsələr də, ödənişdə razılığa gələ bilməyiblər. MMC ödənişin tam həyata keçmədiyini iddia edir.

"Bakı Metropoliteni” isə bu ittihamı qəbul etmir. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda iş məhkəmə prosesində olduğu üçün bundan başqa mövqe bildirmək istəmirlər: "Hər şey məhkəmənin qərarı ilə ortaya çıxacaq”.

İddiaya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq.
скачать dle 11.3
Mojo.az Banner