Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb |
Mojo.az Avto
Mojo.az Avto

Qeydiyyata alınmayan binalardan mənzillərin satılması qadağan ediləcək

28.02.2019 15:06 2 005
Qeydiyyata alınmayan binalardan mənzillərin satılması qadağan ediləcək
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dövlət reyestrində qeydiyyata alınmayan binalardan mənzillərin satılmasını qadağan etməyi təklif edir.

Median.Az
Trend-ə istinadən bildirir ki, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına və məskunlaşmaya qadağa qoyulsun.

Bununla yanaşı, aztəminatlı ailələrə məxsus olan və təbii köhnəlmə nəticəsində yararsız və qəzalı vəziyyətə düşən fərdi yaşayış evlərinin bərpası və ya əsaslı təmir olunması üçün mexanizmin hazırlanması təklif edilir.

Son xəbərlər