Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Müəllim və həkimlərə ŞAD XƏBƏR - İpoteka kreditinin verilməsi ilə bağlı...

28.02.2019 20:46 2 150
Müəllim və həkimlərə ŞAD XƏBƏR - İpoteka kreditinin verilməsi ilə bağlı...
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ən azı 15 il müəllim və həkim işləyənə güzəştli ipoteka kreditinin verilməsinə güzəştlərin tətbiqini təklif edir.

Median.Az
trend-ə istinadən bildirir ki, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci ilü zrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, ən azı 15 il ümumtəhsil məktəbində müəllim və ya tibb müəssisəsində həkim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlər tətbiqi edilsin. Bu məqsədlə Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli, 940 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası"na müvafiq bəndin əlavə edilməsi təklif edilir.

Bununla yanaşı, təklifdə dövlət qulluğunda olan, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər üçün güzəştli ipoteka kreditindən istifadə etmək hüququnun əldə edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlarda müəyyən edilmiş 15 il iş stajı digər imtiyazlı peşə sahiblərinin staj müddətinə uyğunlaşdırılması göstərilir.

Ombudsman bu müddətin ən azı 5 və ya 7 ilə endirilməsini təklif edib.

Son xəbərlər