Mojo.az Banner
Son Xəbərlər
22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazarbayev hökuməti istefaya göndərdi

21.02.2019 19:47 2 199
Nazarbayev hökuməti istefaya göndərdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev fevralın 21-də ölkə hökumətinin istefaya göndərilməsi ilə bağlı fərman imzalayıb.

Bu barədə “Akorda” saytı məlumat yayıb.

Sənədə əsasən, baş nazirin birinci müavini Mamin Əsgər Uzakpayeviç müvəqqəti olaraq baş nazir vəzifəsini icra edəcək.

N.Nazarbaeyvin sözlərinə görə, bu çox vacib qərar idi. Prezident qeyd edib ki, ötən illərdə ölkədə sosial-iqtisadi vəziyyət stabil olub, və bu, müsbət məqamdır, lakin hazırkı dövr üçün kifayət etmir.

“Hökumətin qərarlarına, qəbul edilmiş qanunlara baxmayaraq, iqtisadiyyatın bir çox istiqamətində müsbət dəyişikliklər əldə olunmayıb. ÜDM-in artımı təbii ehtiyatlar sayəsində əldə edilir.

Lakin hökumət Milli Bankla birgə iqtisadiyyatın artımı üçün real stimullar və alətlər yarada bilməyiblər”, - Nazarbayev əlavə edib.

Qazaxıstan prezidentinin sözlərinə görə, əhalinin gəlirlərinin və rifahının əsas prioritet olması üçün hər bir hökumət üzvünə və hakimə dəfələrlə göstəriş verib.

“Lazım olan bütün dövlət proqramları, o cümlədən sənaye, sosial, infrastruktur inkişafı, səhiyyə və təhsil üzrə proqramlar qəbul edilib. Bu layihələrin həyata keçirilməsi üçün lazımi vəsait ayrılıb.

Lakin iş sistemi qurulmayıb. Əhalinin real gəlirləri artmayıb. Ailə büdcələrində ərzaq məhsullarına xərclənən vəsait isə artıb”, - prezident deyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, hökumət üzvləri, nazirlər, hakimlər əhali ilə işləyə bilmirlər, onların problemlərinə qulaq asmırlar, və insanlara kömək etmirlər.

“Bu şəraitdə, mən Prezident və Konstitusiya Qarantı kimi, xalqımızın maraqlarını nəzərə alaraq, hesab edirəm ki, hökumət istefaya getməlidir.

Yeni hökumət rəhbərliyi həyat səviyyəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması, strateji məsələlərin həyata keçirilməsi üçün lazımi addımlar atmalıdır”, - Nazarbayev bəyan edib.
скачать dle 11.3

Son xəbərlər