Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazarbayev nazirlərə: Siz qorxaqsınız

30.01.2019 13:31 5 412
Nazarbayev nazirlərə: Siz qorxaqsınız
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada Nazirlər Kabineti üzvləri ilə keçirdiyi görüşdə hökumət üzvlərini sərt tənqid atəşinə tutub.

Median.Az
xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.

“Maliyyə sistemi belədir. Bank yaradılır. İnsanlar inanmağa başlayır, gəlib pullarını qoyurlar. “Kvaziqossektor” pulları yatırır, ancaq çox keçmədən öz səhmdarları oradan pulları çıxarıb, oğurlamağa başlayırlar. Çıxıb gedirlər, qaçırlar, biz isə onların dalınca düşürük.

Daniyar (Akişev, Milli Bankın rəhbəri), başınla cavab verirsən. Nəzarət etməlisən ki, səhmdarlar pulları oğurlamasın. Bəs biz burada niyə oturmuşuq? Bu, tam səriştəsizlikdən xəbər verir. İqtisadiyyatımız müflisləşmə hallarından təmizlənməsə, biz normal inkişaf edə bilməyəcəyik. Həm hökumət, həm banklar daima büdrəyəcək”, - deyə Nazarbayev bildirib.

Qazaxıstanlı lider şirkətlərin müflis olmasından ehtiyat edən hökumət üzvlərini “qorxaqlar” adlandırıb.

“Müflisləşmə bazar iqtisadiyyatı ölkələrində geniş yayılmış bir haldır. Siz hökumət üzvləri, nazirlər deyilsiniz, qorxaqsınız. Qərar verməli olanda əl-ayağınızı titrəmə tutur. Bəs onda niyə işləyirsiniz?”, - deyə Nazarbayev vurğulayıb.скачать dle 11.3

Son xəbərlər