Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Dördüncü sinif şagirdlərinin beşdə bir hissəsi oxumağı bacarmır

20.02.2019 23:22 2 038
Dördüncü sinif şagirdlərinin beşdə bir hissəsi oxumağı bacarmır
Azərbaycanda dördüncü sinifdə oxuyan hər beş şagirddən dördü oxu bacarığına malikdir.

Bu göstəricilər YUNESKO-nun Statistika institutunun BMT-nin davamlı inkişaf sahəsində dördüncü hədəfinə, yəni keyfiyyətli təhsilə daha dəqiq desək, hərtərəfli, ədalətli, keyfiyyətli təhsilin təmin olunması, insanların həyatı boyu oxumağa həvəsləndirilməsinə həsr olunmuş hesabatında öz əksini tapır.

Təqdim olunmuş hesabata görə, ölkədə dördüncü sinif şagirdlərinin 80%-i minimum (təməl) oxu səviyyəsini mənimsəyib.

Median.Az-ın məlumatına görə, Azərbaycan bu baxımdan tədqiqata cəlb olunmuş ölkələr arasında orta göstəriciyə malikdir.

YUNESKO-nun hesabatı Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq assosiasiyanın xətti ilə müxtəlif ölkələrdə aparılmış araşdırılmaların nəticələrinə söykənir.

Azərbaycanın təhsil üzrə eksperti Nadir İsrafilov açıqlanan nəticələrə şübhə ilə yanaşır:

"Belə araşdırma müxtəlif qurumlar tərəfindən aparılsa da, ölkəmizdə dördüncü sinifdə oxuyan hər beşinci şagirdin oxuya bilmədiyi haqqında deyilənlər inandırıcı gəlmir. Məncə, belə statistikaya heç birinci siniflər arasında da də rast gəlmək olmaz”.

Bu mövqeyini o təhsil sahəsində aparılan işlərlə əsaslandırıb. Ekspertin sözlərinə görə, statistikaya əsasən, uşaqların 75%-i məktəbəqədər təhsil alır. Söhbət oxu bacarığından yox, hansısa xüsusi bacarıqlardan gedə bilər:

"Yəqin oxu bacarığı yox, düzgün, intonasiyalı oxunuş və s. nəzərdə tutulur. Ancaq dördüncü sinif şagirdlərinin beşdə bir hissəsinin oxuya bilmədiyini demək, ədalətsizlik olar”,- deyə N.İsrafilov bildirib.

Onun sözlərinə görə, ölkədə uşaqların savadlılıq səviyyəsinin artırılmasına yönəlmiş bir sıra tədbirlər görülür, məktəbəqədər təhsilə xüsusi diqqət ayrılır. 2020-ci ilə kimi uşaqların 90%-nin məktəbəqədər təhsillə təmin olunması planlaşdırılır.//media.azскачать dle 11.3
Mojo.az Banner