Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb - FOTO

19.02.2019 23:02 1 906
Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb - FOTO
Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin və Gənclərin Sosial-Psixoloji Reabilitasiyası Mərkəzi - "Dirçəliş" qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə Sinqapurda gənc rəssamlarımızın sərgisi keçirilib.

Median.Az
"Report"a istinadən bildirir ki, fevralın 16-dan 19-dək davam edən sərgiyə 14 gənc və istedadlı rəssam 60-a yaxın sənət əsəri ilə qatılıb.

Sərginin açılışında çıxış edən ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21-22 noyabr 2012-ci il tarixlərində Sinqapur Respublikasına etdiyi dövlət səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifənin açdığını xüsusilə qeyd edib.

Azərbaycan ilə Sinqapur arasında ikitərəfli diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd edildiyi cari ildə Sinqapurda Azərbaycan gənc rəssamlarının belə sərgisinin ilk dəfə keçirilməsinin iki ölkə arasında humanitar sahədə mübadilə üçün yaxşı zəmin yaratdığını bildirib. İki ölkə arasında əlaqələrin inkişafı, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişlənidirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Daha sonra, tədbir iştirakçılarına 2018-ci ildə islam dünyasında ilk parlament demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, müasir dövrdə Hökumətimiz tərəfindən aparılan islahatlar və ölkəmizin sürətli inkişafı haqqında məlumat verilib.

Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüz və Azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmənin nəticələri barədə tədbir iştirakçılarına məlumat təqdim edilərək, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20%-nin Ermənistan tərəfindən işğal edildiyi və bir milyona yaxın insanın məcburi köçkünə çevrildiyi qeyd edildi. Bildirildi ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni Ermənistan icra etməlidir və məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıtmalıdırlar.

Bununla yanaşı, ölkəmizin hazırda sülh, sabitlik, dayanıqlı inkişaf nümunəsi olduğu və Azərbaycanın dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrildiyi və dünyaya möhkəm əsas yaradan daxili sabitlik, vətəndaş həmrəyliyi, insan və dinlərarası sülh və tolerantlığa söykənən öz inkişaf modelini təklif etdiyi iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra, tədbirdə iştirak edən qardaş Türkiyənin Sinqapurdakı səfiri Murat Lütem çıxışında Sinqapurda Azərbaycan gənc rəssamlarının ilk sərgisinin keçirilməsini alqışladı. Türkiyə ilə Azərbaycan əlaqələrində "bir millət - iki dövlət" prinsipinin iki qardaş xalqın tarixi köklərinə əsaslandığını, Ermənistanın ölkəmizə qarşı təcavüzü və Dağlıq Qarabağın işğalına son qoyulması məsələsində Türkiyənin daima Azərbaycanın yanında olduğunu xüsusilə qeyd etdi.

Daha sonra sərgidə iştirak edən Azərbaycan gənc rəssamlarına sertifikatlar təqdim olundu.

скачать dle 11.3
Mojo.az Banner