Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov öz etimadnaməsini Rumen Radevə təqdim edib

29.07.2021 19:49 1 668
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov öz etimadnaməsini Rumen Radevə təqdim edib
İyulun 28-də Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynov öz etimadnaməsini Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevə təqdim etmişdir.

Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, təqdimetmə mərasimindən sonra keçirilmiş təkbətək görüşdə səfir Hüseyn Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Respublikasının Prezidentinə çatdırmışdır.

Səfir ölkəmizin Bolqarıstan ilə əməkdaşlığa vacib əhəmiyyət verdiyini bildirmiş və iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin aparılacağını bildirmişdir.

Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Prezident Rumen Radev onun da səmimi salamlarını və yüksək ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmişdir. Azərbaycanın Bolqarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Rumen Radev səfirə diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilmiş, ticari-iqtisadi əməkdaşlığın artırılmasının əhəmiyyəti və qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və yüksək informasiya texnologiyaları, habelə humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanmışdır.скачать dle 11.3
Mojo.az Banner