Mojo.az Banner
23:02 Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI  |     22:51 Avropanın əsas paytaxtı elektrikli skuterləri qadağan etmək istəyir  |     22:42 Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı  |     22:37 Paltarın zəncirbəndi qızın gözünə ilişdi - Bakıda HƏSSAS GÖRÜNTÜLƏR  |     22:29 Bu ərazilərdə qazın verilişi dayandırılacaq  |     22:23 Onların da test nəticəsi müsbət çıxdı  |     22:17 Xamenei xalqa müraciət etdi  |     22:09 DÇ-2026: Çexiya - CAR oyununda qalib müəyyənləşmədi  |     22:05 Azərbaycan və Latviya XİN-ləri arasında strateji dialoqun növbəti iclası keçirildi  |     22:00 Ləğv olunan 17 bankın 17,3 milyon manat vergi borcu var (SİYAHI)  |     21:52 Rusiya Gümrüdəki hadisəyə görə İrəvana nota verdi  |     21:47 Rusiya Ukraynanın PUA mərkəzini vurdu  |     21:38 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |     21:33 Qaxda 1 ton çətənə kolu məhv edildi  |     21:27 Cəlilabadda montyoru cərəyan vuraraq öldürdü  |     21:20 Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA  |     21:04 Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - Video  |     21:04 Əhalinin sayı açıqlandı  |     21:03 Tanınmış iş adamı həbs edildi  |     21:03 Abşeronda 19 min manatlıq oğurluq (VİDEO)  |    
Left Banner
Right Banner

Bakı-Budapeşt 540, Kutaisi-Budapeşt 150 avro - Bakıdan uçuşlar niyə bahadır?

19.02.2019 14:19 3 628
Bakı-Budapeşt 540, Kutaisi-Budapeşt 150 avro - Bakıdan uçuşlar niyə bahadır?
İnformasiya texnologiyaları sahəsində tanınmış ekspert Osman Gündüz "Nə üçün vətəndaşlarımız xarici səfər üçün Gürcüstan üzərindən uçuşlara üstünlük verirlər?" sualına cavab verib.
 
Median.Az
xəbər verir ki, ekspert Facebook səhifəsində yazıb:
 
"Son zamanlarda bir neçə dəfə Bakıdan Wizz Air aviaşirkəti ilə Budapeştə uçmuşam. Dünən qısa bir araşdırma aparmaqla nə qədər doğru olmayan bir seçim etməyimə təəssüflənirəm.

Səbəb:

1. Wizz Air vasitəsilə Bakı – Budapeşt istiqamətində mart ayında olacaq uçuşun gediş və dönüş qiyməti - 540 avro.

2. Wizz Air vasitəsilə Kutaisi – Budapeşt istiqamətində uçuşun gediş və dönüş qiyməti -150 avro.

Nə üçün qiymətlər 3 dəfədən çox fərq etməlidir?

Xatırlayıram ki bir neçə il öncə Prezident AZAL-ı dövlətdən yetərincə dəstək almasına, yanacağın bizdə istehsal olunmasına, bütün zəruri subsidiyaların bu quruma edilməsinə baxmayaraq bahalı qiymət siyasətinə görə sərt tənqid etmişdi. 

Belə görünür ki, tənqiddən sonra bir müddət qiymətlər endirilsə də sonradan yenə də öz bildiklərini ediblər.
Ümumiyyətlə , müşahidələr göstərir ki, bizim Hava Limanınız nə qədər müasir görsənsə də, müxtəlif imkanlar və xidmətlər təqdim edilsə də və servislər keyfiyyətli olsa da AZAL hədsiz baha qiymət siyasəti yürüdür. Qiymətləri endirmək üçün zəruri olan addımları atmır, yeni aviaşirkətlr cəlb edilmir. 

Güman ki Hava Limanının bahalı xidmətlərindən istifadə edən aviaşirkətlərə həm də birgə uçuş layihəsi təqdim olunur ki nəticədə qiymətlər bu dərəcədə fantastic həddə çatır.

Gürcüsatnda isə tam fərqlidir. Əlavə aviaşirkətlər cəlb etməklə, hava limanında təqdim edilən servislərin qiymətlərini endirməklə , rəqabətli mühit yaratmaqla daha çevik qiymət siyasəti yürüdürlər.
Gürcüstanın hava uçuşlarından əldə etdikləri vəsaitin 30%-nin bizim vətəndaşlarımız hesabına olduğu bildirilir. 

Maraq üçün baxıram ki Gürcüstandan dünyanın ən uzaq ölkələrinə olan hava uçuşlarının qiymətləri Bakıdan təklif edildiyindən bir neçə dəfə azdır.

Düşünürəm ki hökumət, müvafiq qurumlar Prezidentin ötən dəfə verdiyi tapşırıqlarının icrasını nəzarətə götürməlidirlər. Bu tapşırıqların nə üçün icra edilmədiyini yoxlamalıdırlar və sərt tədbirlər görülməlidir. Bu, turizmin inkişafına da kömək etmiş olardı. Belə görünür ki, AZAL-ın bahalı təyyarələr alması, bahalı infrastruktur siyasəti, dövlətdən böyük vəsaitlər alması sonda qiymət endiriminə maraq yaratmır.

Fikrimcə son dövrlərdə aparılan optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi istiqamətində AZAL-da da rəqabətli mühitin formalaşdırılması üçün tədbirlərin həyata keçirilməsi faydalı olardı.
 
Maraqlıdır, belə bir vəziyyətdə, hökumətimiz öz vətəndaşına haradan uçmağı tövsiyyə edərdi?”
скачать dle 11.3
Mojo.az Banner