Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“Wizz Air Abu Dhabi” Bakıya uçuşlar həyata keçirəcək

08.07.2021 15:35 711
“Wizz Air Abu Dhabi” Bakıya uçuşlar həyata keçirəcək
BƏƏ-yə məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti 2021-ci il avqustun 14-dən etibarən Bakıya yeni marşrutun açılacağını bəyan edib.

Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq. Azərbaycanın rəsmi Əbu-Dabi üçün yaşıl siyahıda olması səbəbindən səyahət edən şəxslərin karantində qalmasına ehtiyac qalmayacaq.

Bakıya uçuşlar həftənin 2 günü – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Kis Van Şayk deyib: “Biz öz marşrut şəbəkəmizə yeni və maraqlı istiqamətləri əlavə etməkdə davam edirik. Bakı başqa şəhərlərə bənzəmir. Mədəniyyətlərin unikal kəsişməsinə malik bu şəhər hər kəsə qonaqpərvərlik və tarixdən tutmuş yemək və içkilərədək geniş müxtəliflik təklif edir. Bütün dünyada məhdudiyyətlər yumşaldıqca səyahət etmək istəyənlərə səyahət üçün daha böyük imkanlar təqdim etməkdə davam edirik. Tezliklə sizi təyyarələrimizdə gözləyirik”.

“Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir 4 “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.скачать dle 11.3
Mojo.az Banner