Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah |
Mojo.az Avto
Mojo.az Avto

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - FOTO

17.08.2024 18:10 1 350
"Bakıdan Qazaxa 500 km, avtobus qiyməti 12 manat, Bakıdan Şuşaya 370 km, avtobus qiyməti 26 manat, Şuşadan Bərdəyə 70 km, qiymət 15 manat".

Belə bir paylaşım sosial şəbəkədə edilib.


Paylaşım edən istifadəçi məsafəyə görə qiymətlərin doğru təyin olunmamasından şikayət edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq paylaşımdakı məlumatların doğru olmadığı bildirildi.

"Şəhərlərarası marşrutlarda sərnişindaşıma tarifi hər kilometrə görə 3.7 qəpik həddində müəyyən edilib.

Bakı-Qazax istiqaməti üzrə məsafə 477 km, biletin qiyməti isə 17.60 AZN-dir. Bakı-Şuşa-Bakı istiqaməti üzrə gediş və dönüş bileti birlikdə 25 manat 40 qəpik təşkil edir. Hazırda Bərdədən Şuşa istiqamətində isə reys mövcud deyil", - deyə açıqlamada bildirilir.

Son xəbərlər