Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə? - Çıxılmaz vəziyyət yaxınlaşır

15.02.2019 21:35 2 244
Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə? - Çıxılmaz vəziyyət yaxınlaşır
Bu il Milli Məclisin yaz sessiyasında "Reproduktiv sağlamlıq haqqında" Qanun qəbul olunacaq. Bununla da ultrasəs müayinə zamanı (USM) uşağın cinsinin açıqlanması qadağan olunacaq. Bu qanunun işlənmə mexanizmi, ona nəzarətin necə həyata keçirilməsi isə, sual doğurur.

Median.Az
bildirir ki, bu haqda Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev, Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı və baş ginekoloq Sevinc Məmmədova Sputnik Azərbaycan-a danışıb.

M.Quliyev bildirib ki, qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə uyğun dəyişikliklər olacaq: "Yalnız bundan sonra cərimələr nəzərdə tutulacaq. Prezidentin sərəncamından sonra "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin bu ilin yaz sessiyasında, mart və aprel aylarında qüvvəyə minməsi gözlənilir. Daha sonra isə bununla bağlı Səhiyyə Nazirliyinə tapşırıq veriləcək. Nazirlik tərəfindən qanunun işlənmə mexanizmi hazırlanacaq".

"Məsuliyyətə gəldikdə isə, qeyd edə bilərəm ki, bu qanunda yalnız "inzibati məsuliyyət və cinayət məsuliyyəti nəzərdə tutulur" bəndləri yazıla bilər. Məsuliyyətin nədən ibarət olmasını isə İnzibati Xətalar Məcəlləsi, yaxud da Cinayət Məcəlləsi müəyyənləşdirəcək" - deyə M.Quliyev əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı isə fərqli təklif irəli sürüb: "Düşünürəm ki, ultrasəs müayinə ilə uşağın cinsiyyətini öyrənməyə deyil, selektiv abortlara qadağa qoyulması daha vacibdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, uşaqların cinsinin deyilməsi yolveriləndir. Lakin cinsin müəyyənləşməsindən sonra hamiləliyin sonlandırılması qəbuledilməzdir".

"Ümid edirəm ki, zamanla Azərbaycanda da selektiv abortların sayı azalacaq. Düzdür, hələ ki, nəzərdə tutulan qanun qüvvəyə minməyib. Bunadək Ümumdünya Səhiyyə Təşkilatı olaraq biz də öz növbəmizdə Azərbaycan hökumətinə təkliflərimizi verəcəyik" - deyə H.Harmançı əlavə edib.

Baş ginekoloq Sevinc Məmmədova yeni qüvvəyə minəcək qanuna nəzarət mexanizmi ilə bağlı məlumat verib: ""Reproduktiv sağlamlıq haqqında" milli strategiyanın müəllifi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutudur. Strategiyamız qəbul olunduqdan sonra təsdiq olunmuş milli plan üzrə nəzarət mexanizmini həyata keçirəcəyik. Lakin bu haqda öncədən məlumat vermək istəmirəm".

"Döldə cinsi xəstəliklə bağlı bir problem yoxdursa, bu zaman cinsiyyəti açıqlayan mütəxəssis cəzalandırılacaq. Cəza tədbirləri ilə ultrasəs müayinədə cinsin deyilməsinin qarşısı alınacaq" - deyə baş ginekoloq əlavə edib.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olar ki, qanunvericilik qüvvəyə mindikdən sonra USM-də cinsi deməyə görə cəza nəzərdə tutulacaq. Lakin belə şəxslərin necə müəyyənləşəcəyi sual doğurur. Çünki övladın cinsi həkim üçün deyil, onu dünyaya gətirməyi planlaşdıran valideynlər üçün maraqlı ola bilər.

Digər düşündürücü sual budur ki, belə olan halda, xüsusən də aborta görə övladının cinsini öyrənməkdə maraqlı olan ailə həkimdən şikayət edəcəkmi? Tək USM mütəxəssisi və övlad planlayan valideynlərin olduğu bu otaqda başqa kiminsə USM mütəxəssisindən şikayət edəcəyini düşünmək də ağlasığmazdır.

Təəssüflər olsun ki, yekun rəy olaraq "USM-də cinsin açıqlanmasına necə nəzarət ediləcək?" sualına ətraflı cavab tapa bilmədik.

Son xəbərlər