Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda uşağın cinsiyyətini öyrənmək QADAĞAN edilir

14.01.2019 17:36 2 291
Azərbaycanda uşağın cinsiyyətini öyrənmək QADAĞAN edilir
Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin 2019-cu il yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Bu barədə parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev report-a məlumat verib.

O bildirib ki, qanun layihəsi tam hazıdır, yaxın vaxtlarda müzakirəyə çıxaracaq: “Yəqin ki, bu ilin yaz sessiyasında qəbul ediləcək”.

Qeyd edək ki, qanun qəbul edildikdən sonra Azərbaycanda uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək. Layihədə qeyd olunub ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

Son xəbərlər