Mojo.az — elanlar
Son Xəbərlər
21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |     20:35 Milyonlarla insanın istifadə etdiyi fotonun ulduzuna bir də baxın  |     20:33 Çində 7 maqnitudalı zəlzələ olub  |     20:32 Ordubadın Dırnıs kəndindən sel keçib  |     20:08 Naxçıvanda vəzifəli şəxs həbs edildi  |     19:39 Bakıda yaşayış binasında uçqun  |     19:28 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib  |     19:20 Dövlət agentliyi "Aztelekom"un internet tariflərini artırmaq təklifini rədd etdi  |     19:17 Gəncədə yol qəzasında 3 nəfər xəsarət alıb  |     18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər

15.02.2019 12:39 2 517
Transplantoloq: İnsanlar orqanları marketlərdən ala biləcəklər
Bu gün dünyada iki məsələ aktualdır: biri insanlardan orqan köçürülməsi, digəri isə heyvanlardan.

Bunu oxu.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, transplantoloq Nuru Bayramov deyib.

O bildirib ki, yaxın gələcəkdə orqan marketlərinin yaradılması planlaşdırılır:

“Bu gün ilk növbədə ölkədə böyrək, qaraciyər transplantasiyasına ehtiyac duyan xəstələrin sayı çoxdur. Daha sonra sümük iliyi tranplantasiyasına da çox sayda tələbat var. Bu istiqamətdə çoxsaylı işlər görülür. Bizim Tədris Cərrahiyyə Klinikasında, Respublika Diaqnostika Mərkəzində, Gömrük Hospitalında böyrək və qaraciyər əməliyyatları həyata keçirilir.

Sümük iliyi əməliyyatları Respublika Talassemiya Mərkəzində aparılır. Z.Əliyeva adına Göz institutunda isə gözün buynuz qişasının transplantasiyası əməliyyatının aparılmasına başlanılıb. Ümumilikdə, ölkədə bu sahənin inkişafı üçün həm qanunun təsdiqlənməsinə, həm də digər geniş təşkilati işlərə böyük ehtiyac var”.

N.Bayramov dünyada orqan transplantasiyası sahəsində yeni alternativlərin axtarıldığını deyib:

“Bu gün həm geni dəyişdirilmiş heyvanlardan insanlara orqan köçürülməsi istiqamətində, həm də süni orqanların hazırlanması istiqamətində araşdırmalar aparılır. Hələlik bu sahədə insanlar üzərində tətbiq edilən uğurlu nəticələr yoxdur. Hamısı eksperimental səviyyədədir. Lakin işlər sürətlə davam etdirilir.

Düşünürük ki, yaxın 2-3 il ərzində bu problemin həllində çox ciddi nəticələr əldə ediləcək. Müəyyən dövr sonra xüsusi orqan marketləri də yaradılacaq. İnsanlar bu marketlərdən özlərinə lazım olan orqanları ala biləcəklər”.

Son xəbərlər