Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda xəstələrin ən çox bu orqana ehtiyacı var

16.02.2019 20:28 2 275
Azərbaycanda xəstələrin ən çox bu orqana ehtiyacı var
Azərbaycanda xəstələrin ən çox ehtiyacı olan orqan böyrəkdir. Həmçinin qaraciyər, sümük iliyi, gözün buynuz qişasının köçürülməsinə də böyük ehtiyac var. Həmin orqanların transplantasiyası artıq ölkəmizin müxtəlif səhiyyə müəssisələrində həyata keçirilib.

Median.Az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, transplantoloq, professor Nuru Bayramov kütləvi informasiya vasitələrinə açıqlamasında deyib.

Professor bildirib ki, orqana ehtiyacı olan xəstələrin sayı çoxdur. Lakin orqan çatışmazlığı var:

“Problemin həlli üçün iki mənbədən orqan götürülə bilir: meyitdən və sağlam insanlardan. Dünya alimləri alternativ yollar axtarırlar. Onlardan biri genetikası dəyişdirilmiş heyvanlardan orqan nəqli, digəri isə süni orqanların yaradılmasından ibarətdir. Bu sahədə hələ uğurlu nəticələr əldə edilməyib. Tədqiqatlar davam edir. Ümid edirik ki, yaxın bir neçə ildə bu məsələ öz həllini tapacaq. Onu da qeyd edim ki, gələcəkdə orqan marketlərinin olacağı, insanların özlərinə lazım olan orqanları rahatlıqla əldə edə biləcəyi gözlənilir”.

“Azərbaycan Tibb Universitetinin I cərrahiyyə xəstəlikləri kafedrası universitetdə ilk dəfə böyrək transplantasiyasını həyata keçirib. Ümumilikdə isə kafedranın əməkdaşları bu günədək yeddi böyrək köçürüblər. Məqsədimiz yaxın gələcəkdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında qaraciyər transplantasiyasının həyata keçirilməsinə nail olmaqdır”, - deyə kafedra müdiri əlavə edib.//qafqazinfo.az

Son xəbərlər