Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 4 binanın həyətinə çoxmərtəbli tikilinin özülü qazıldı: Sakinlər etiraz edir (VİDEO)

10.02.2019 22:08 10 155
Bakıda 4 binanın həyətinə çoxmərtəbli tikilinin özülü qazıldı: Sakinlər etiraz edir (VİDEO)
Bu gün Nəsimi rayonunda bir qrup sakin binalarının həyətində çoxmərtəbəli yaşayış binasının tikilməsinə etiraz edərək problemlərini ictimailəşdirmək qərarına gəliblər. Belə ki, 4-cü mikrorayon, Cavadxan 68 ünvanında yaşayan sakinlər 4 binanın ortaq sahəsi olan ərazinin zəbt edilməsindən narahatlıqlarını dilə gətiriblər.

Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, 50-yə yaxın sakin binanın qarşısına toplaşaraq tikinti işinin dayandırmasını tələb ediblər.

Ərazidə olduğumuz zaman öyrəndik ki, çoxmərtəbəli binanın inşası "Memar İnşaat 2017” MTK tərəfindən aparılır. Şirkət 2018-ci ilin yay aylarından tikintiyə başlasa da, sakinlərin çoxsaylı şikayətlərinə görə bir müddət iş dayandırılıb. Lakin son günlər tikinti şirkəti yenidən qazıntı işlərinə başlayıb. 4 binanın həyətində böyük bir ərazi hasarlanıb, 5 metr dərinliyində özül qazıb. Tikinti şirkəti binanın inşaa planını da lövhədə göstərib. Həmin lövhədə 16 mərtəbəli binaya Dövlət Ekspertiza İdarəsinin 16.03.2018-ci il tarixli, N250043 nömrəli qərarı da əks olunub. Çoxmərtəbəli binanın tikintisinin 2020-ci ilin avqust ayında yekunlaşacağı qeyd olunub.

Sakinlər bildirdilər ki, dəfələrlə kimliyi bəlli olmayan tikinti şirkəti nümayəndələrinin fiziki və psixoloji zorakılıqlarına məruz qalıblar: "Bir ildən çoxdur ki, bu şirkət müxtəlif yollarla bizi təhdid edir. Sakinləri qorxutmağa çalışırlar. Hətta bir dəfə şirkət iki-üç nəfər adamlarını qadınların üstünə saldı. Dərhal qonşulardan biri Daxili İşlər Nazirliyinin "102” xidmətinə xəbər verdi. Polislər hadisə yerinə gələn zaman həmin şəxslər qaçdılar. Bu barədə aidiyyatı qurumlara çoxsaylı müraciət etmişik. Nəsimi Rayon İcra Hakimiyyəti əraziyə gələrək, şirkətin işini dayandırdı. Lakin bir neçə aydan sonra yenə işə başladılar. Bu şirkətin arxasında kimlər durduğu bizə də maraqlıdır. Biz sakinlər sonu ölüm olsa belə, mübarizəmizi davam etdirəcəyik”.

Sakinlər qeyd etdilər ki, 2017-ci ildə "Fidan” MTK tərəfindən bu ərazidə bina inşası planlaşdırılsa da, sakinlərin xahiş və müraciətləridnən sonra ölkə başçısının tapşırığı ilə həmin ərazidə tikinti işləri dayandırılmışdı.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.











Son xəbərlər