Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Ətraf mühiti çirkləndirməyən yanacaqlar

01.02.2019 23:10 3 287
Ətraf mühiti çirkləndirməyən yanacaqlar
Zaman keçdikcə müxtəlif enerji mənbələrinə münasibət dəyişir. Atmosferin çirklənməsi və onun fəsadları dünya ölkələrini daha təhlükəsiz yanacaqlardan istifadə haqqında düşünməyə vadar edir. Yaxın gələcəyin yanacaqları sırasına metanol, hidrazin və hidrogen daxildir.

Median.Az
bildirir ki, bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib.

Mütəxəssis bildirib ki, sintetik qazların sırasına daxil olan metanoldan istifadə daxili yanma mühərriklərində bir az dəyişikliklər aparılmasını tələb edir: "Neftin ağır karbohidrogenlərinin yanması ilə müqayisədə yüngül karbohidrogenlərin yanması daha tam baş verir. Metanolun istifadəsi ətraf mühit üçün təhlükəsizdir. Çünki yanacaq kimi istifadə etdikdə havanın digər qazlarla çirklənməsi baş vermir.

Hidrazinin xassələri onun yanacaq kimi tətbiqi üçün əlverişlidir. Otaq temperaturunda hidrazin rəngsiz, qoxusuz mayedir. ABŞ-da yük avtomobilləri üçün yanacaq kimi tətbiq olunur. Hidrazinin üstünlüyü onun istehsalı üçün istifadə edilən xammalların əlverişli olmasıdır. Belə ki, onun istehsalında havada olan azot və sudan alınan hidrogendən istifadə olunur. Hidrazinin çatışmayan cəhəti digər yanacaqlarla müqayisədə qiymətinin baha olmasıdır. Müasir dövrdə hidrazinin alınması onun oksidinin sulu məhlulundan alınmasına əsaslanır. Sulu məhluldan birbaşa istifadə onun qiymətini ucuzlaşdırır. Çatışmayan cəhəti kanserogenliyi və parçalanması zamanı ammonyakın alınmasıdır.

Nəqliyyat üçün hidrogendən yanacaq kimi istifadə təklifi çoxdan məlumdur. Lakin onun yanacaq kimi tətbiq imkanlarından başqa, digər məqsədlərlə, məsələn, uzaq məsafəyə enerji ötürücü vasitəsi, məişət və sənayedə enerji mənbəyi kimi istifadəsinin mümkünlüyü də məlumdur. Bu halda hidrogen müasir dövrdə istifadə olunan təbii qaza və benzinə yaxşı alternativ ola bilər. Mənfi xüsusiyyəti qiymətinin baha olması və partlayış təhlükəsinin mövcudluğudur. Hidrogen hava ilə 18-59 faiz həcm nisbətində qarışarsa, partlayış ola bilər. Metandan da güclü partlayış təhlükəsinə malikdir. Lakin açıq havada belə qarışıq əmələ gətirmir. Ona da diqqət yetirmək lazımdır ki, təbii qaz-hava qarışığına nisbətən hidrogen-hava qarışığının partlayış gücü 3 dəfə azdır. Hidrogendən hibrid sxemlər əldə etmək olar. İlk növbədə hidrogen-elektrik yanacaq elementi yaratmaq olar. Bu da yüksək sürət tələb olunmayan şəhərlərdə istifadə üçün yararlı ola bilər. Hərəkətin sürətlənməsinə azhəcmli və azkütləli hava-dəmir batareyalarının köməyi ilə nail olmaq mümkündür".

A.Hüseynli elektrik enerjisi ilə işləyən elektromobillərin 2000-ci ildən sonra daha etibarlı hesab olunduğunu qeyd edib: "Enerji mənbəyi kimi elektrikin elmi, texnoloji və sosioloji üstünlükləri çoxdur. Elektrik enerjisi ətraf mühiti çirkləndirmir, o, nüvə və ya günəş enerjisindən hasil edilə bilər. Ancaq elektrik enerjisinin avtomobillərdə yanacaq kimi istifadəsinin bir neçə mənfi xüsusiyyəti var. Bu, ilk növbədə, yeni avtomobil sənayesinin yaradılmasını tələb edir. Elektrik enerjisi ilə işləyən avtomobillər bir sıra xarakteristikalarına görə müasir daxili mühərriklərdən geri qalır. Elektromobillərin rahat istifadəsi üçün yüksək enerji tutumlu batareyalar tətbiq olunmalıdır".

Mütəxəssis gələcəkdə nəqliyyat üçün ətraf mühiti çirkləndirməyən yanacaq seçiminin texniki məsələ olduğunu da diqqətə çatdırıb. O, bu yanacaqların istifadəsi, qiyməti və digər xarakteristikalarının gələcəkdə elm-tədqiqat işlərinin intensivliyindən asılı olduğunu vurğulayıb.

Son xəbərlər