Mojo.az Banner
15:59 Sumqayıtda altı uşağını huşsuz vəziyyətdə tapan anadan AÇIQLAMA - Video  |     15:53 Azərbaycanda maaş və pensiyalar artırıla bilər  |     15:40 Ermənistanda Metsamorun işi dayandırıldı  |     15:29 Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO  |     15:16 Azərbaycanda dörd hotelin ulduz dərəcəsi ləğv edildi  |     15:13 Gələn ay Türküstanda TDT-nin qeyri-rəsmi görüşü keçiriləcək  |     15:07 Paşinyan Rusiya səfəri barədə təəssüratını açıqladı  |     13:34 İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi  |     13:22 Məhkəmə Tofiq Yaqublu barəsində qərar verib  |     13:16 Vardanyan onu istefa verməyə qoymurmuş - Şahramanyan açıqladı  |     12:46 Sevgilisi ilə birlikdə ərini öldürdü - Prokuror ağır cəza istədi (FOTO)  |     12:45 Kəlbəcərə daha 27 ailə yola salındı  |     12:43 Qərbi Kaspi Universitetində tələbələrdən pul istənilir? - Video  |     12:42 Aprel qələbəsindən 10 il ötür  |     12:33 Bakı-Sumqayıt yolunda kilometrlərlə uzanan sıxlıq yarandı - SƏBƏB  |     12:27 Məşhur rusiyalı repçi qəzada həlak oldu  |     12:23 Bakıda ər və arvad bıçaqlandılar - OĞULLARI SAXLANILDI (Yenilənib)  |     12:17 Arvadına işgəncə verən şəxslə bağlı YENİ QƏRAR  |     12:16 Overçuk: "Ermənistana yüklərin Azərbaycan və Gürcüstan ərazisindən göndərilməsi hər kəs üçün faydalıdır"  |     12:14 Balakəndə avtomobil aşdı: Xəsarət alanlar var  |    
Left Banner
Right Banner

19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO

21.10.2025 20:24 327
19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO
"Qızımın gəlinlik geyimi ilə bağlı nişanlısı, onun anası və atası evimdə dava-dalaş saldılar. Qızım da dözməyib özünü öldürdü".

Median.Az
xəbər verir ki, bu fikirləri "Teleqraf"a açıqlamasında bir neçə gün öncə özünü yaşadığı evdə öldürən 19 yaşlı şəhər sakini Ləman Məmmədlinin atası Murad Bayramov söyləyib.

Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir."Guya aralarındakı yaş fərqinə görə qızım Ləman razı olmayıb, etiraz edib. Tamamilə yanlış fikirlərdir. Əvvəla oğlanın 35-36 deyil, 33 yaşı var. Elçilik, qız toyu da könüllü və qarşılıqlı razılıq əsasında baş tutub. Hətta nişanlısı Elnurla rəsmi nigah da bağladılr. Həmin andan Ləman Bayramova rəsmən Məmmədli soyadını daşımağa başladı".

Murad Bayramovun sözlərinə görə, faciənin bünövrəsi qız toyundan başlayıb: "Qız toyundan sonra Elnur ata- anası ilə birgə bizə gələrək əməlli-başlı dava saldılar ki, bu nə biabırçı, açıq-saçıq gəlinlikdir qızınıza geyindirmisiniz. Biz də dedik ki, adi, çoxunun geyindiyi gəlinlik geyimidir, amma qarşı tərəf sakitləşmədi, mübahisəni davam etdirdilər. Sonrakı gün də mübahisə davam etdi. Artıq çox gec idi. Yanlış ailə ilə qohum olduğumuzun fərqinə vardıq. Qızım da bunlara dözmədi. Məyusluq, psixoloji sarsıntı keçirən qızın canına qıydı".

Ölüm hadisəsindən sonra Elnur və valideyinləri yas mərasiminə gəlsələr də, Ləmanın atası buna icazə verməyib:

"Görəsən, həyatdan nakam gedən 19 yaşlı qızımın ölümünə görə Elnur və valideynləri vicdan əzabı çəkirlərmi?".

скачать dle 11.3
Mojo.az Banner