Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir"

21.10.2025 21:52 633
"Atletik"lə (Bilbao, İspaniya) matçda "Qarabağ" futbolçuları çox hərəkət etməli olacaqlar.

Median.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. "Atletik" özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. "Atletik"in oyun tempinə davam gətirmək istəyirik".

O, yarımmüdafiəçi Marko Yankoviçin komanda ilə birgə məşqlərə qatıldığını söyləyib:

"Ola bilsin, formasından bir az uzaq qalıb. Onun təcrübəsindən hər zaman yararlanmaq istəyirik. Lakin əsas heyətdə meydana çıxıb-çıxmayacağına qərar verməmişəm. Nəriman Nərimanovla Kamilo Duran isə çox yaxşı formadadırlar. Özlərini həm oyunlar, həm də məşqlər zamanı yaxşı tərəfdən göstərirlər. Sabaha qədər vaxtımız var. Əsas heyətdə kimlərin çıxış edəcəyini müəyyənləşdirəcəyik".

Q.Qurbanov "Qarabağ"ın Çempionlar Liqası matçlarına çoxsaylı türkiyəli azarkeşlərin gəldiyini vurğulayıb:
"İstər Bakıda, istərsə də səfərdəki qarşılaşmalarımıza qardaş ölkənin futbolsevərləri təşrif buyururlar. Onların hər birinə öz təşəkkürümüzü bildiririk. Mövcud vəziyyət bizim məsuliyyətimizi bir qədər də artırır. Belə olan halda matçlara daha həvəslə hazırlaşırıq".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.скачать dle 11.3
Mojo.az Banner