Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)

21.10.2025 20:15 429
ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)
"Bu addımla Rusiya iqtisadiyyatına qarşı ölümcül zərbənin endirilməsi planlaşdırılır". 
Bunu  açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın G7-nin digər üzvlərindən Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmalarını tövsiyyə etməsini şərh edərkən deyib. 
Ekspert bildirib ki, bu sanksiya paketinin tətbiqilə Rusiya iqtisadiyyatına qarşı ölümcül zərbənin endirilməsi planlaşdırılır:
"Amma təəssüf ki, bu prosesdə Tramp adminstrasiyası Avropadakı müttəfiqlərilə birgə hərəkət etmir".
Həmsöhbətimizin fikrincə, növbəti mərhələdə Rusiyanın daha çox ixracyönümlü sahələri sanksiyalara məruz qalacaq: 
"Hansı sahələrin sanksiyalara məruz qalacağına gəldikdə, bu barədə qərar qəbul edən tərəflərin məsələ ətrafında müzakirələrə başlamalarından sonra daha dəqiq fikir bildirmək olar. Bununla belə, hesab edirəm ki, daha çox Rusiya iqtisadiyyatının ixracyönümlü sahələri, bank-maliyyə sektoru sanksiyaların növbəti mərhələsinə tuş gələcək. O cümlədən, Rusiya ixrac məhsullarını alan ölkələrə də belə məhdudiyyətlər tətbiq oluna bilər. Artıq  Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində iş aparır. Bu paketə isə Rusiyaya yönəlik əvvəlki sanksiyalar paketinə daxil edilməyən məqamlar öz əksini tapacaq. Yəni növbəti paket indiyə kimi, sanksiya tətbiq edilməyən iqtisadi sahələrə, habelə yeni qurum və siyasi, iş dünyasındakı şəxslərə qarşı yönələcək". 
Ekspert düşünür ki, Ağ Ev tərəfindən G7-lərlə bağlı səslənən yeni açıqlama, ABŞ-la Avropa dövlətlərinin Rusiyanın təcavüzkar siyasətini dayandırmaq istiqamətində diplomatik və ya sanksiyalar, habelə Ukraynanı hərtərəfli dəstəkləmək yolu ilə atacaqları birgə addımlar Moskvanı Kiyevə və bütövlükdə Qərbə qarşı işğalçılıq siyasətindən çəkindirə bilər:

"Belə bir addımın atılması daha çox effektiv ola bilər. Burada məsələ ondadır ki, ABŞ G7-yə üzv ölkələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparsa da, amma uzun müddətdir Vaşinqtonun özünün Rusiyaya qarşı birbaşa sanksiyalarda iştirakının şahidi olmuruq".

Qeyd edək ki, ABŞ G7-nin digər üzvlərindən Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmalarını istəyir. Belə ki, ABŞ-ın maliyyə naziri Scott Bessent keçən həftə Böyük Britaniya, Almaniya və Kanadadakı həmkarları ilə keçirdiyi görüşlərdə Vaşinqtonun G7 vasitəsilə Rusiyaya iqtisadi təzyiqlərin artırılmasını gözlədiyini bildirib. O deyib ki, ABŞ administrasiyası Avropanın G7-nin razılaşdırılmış fəaliyyəti vasitəsilə Rusiyaya təzyiqin artırılmasında aparıcı rol oynayacağını gözləyir.
скачать dle 11.3
Mojo.az Banner