Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi | 11:50 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi | 11:44 Azərbaycana 33 sm qar yağıb - Faktiki hava | 11:31 Azərbaycanda bəzi məktəblərdə yeddi gün dərs olmayacaq | 11:24 Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələb |
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu

21.10.2025 14:20 1 080
Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu
Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev vəkilləri vasitəsilə aktiv hərəkətə keçib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər.

Bu məqsədlə onlar Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.

Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var.

Bu qərarın R.Mehdiyevin ifşa olunmasında xüsusi rol oynadığı hesab olunur. Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, "Şərq-Qərb" nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.

Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb.

Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə gündəmini zəbt edib. Cinayət prosesində iştirak edən R.Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.

Son xəbərlər