Mojo.az Banner
19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |     17:44 Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək  |     17:22 12 azərbaycanlı dənizdə çarəsiz qalıb: "Hər saniyəmiz ölümdür" - Video  |     17:20 Azərbaycan millisinə məğlubiyyətdən sonra istefa verdi  |     16:50 Korrupsiyaya dair məlumat verənlər dövlət tərəfindən qorunacaq və kompensasiya alacaqlar  |     16:49 İlk dəfə sükan arxasına əyləşərək ölümə səbəb oldu - Hökm oxundu  |     16:48 Korrupsiyanı ifşa edənlər üçün mühüm yenilik: Rəhbər hara şikayət olunacaq?  |     16:47 Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar İstanbulda qan davasına görə bir-birilərini qırıblar

01.02.2019 22:48 2 496
Azərbaycanlılar İstanbulda qan davasına görə bir-birilərini qırıblar
Araşdırmalar zamanı o da məlum olub ki, 2015-ci ildə öldürülən Ramil Məmmədov Sahib Məmmədovun böyük qardaşı olub

İstanbulda son 4 ildə azərbaycanlılar arasında baş verən silsilə qətllərin arxasında "qan davası" olduğu müəyyən edilib. Median.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ilə bağlı şübhəli hesab edilən Sahib Məmmədov həbs edilib.

İstanbul polisi müəyyən edib ki, Məmmədovlar və Əliyevlər arasında qan davası uzun müddətdir ki, davam edirmiş.

Belə ki, ilk cinayət 2015-ci ildə dekabrın 19-da baş verib. Bu zaman Ramil Məmmədov gülələnərək öldürülüb. Araşdırmalar zamanı Ramil Məmmədovun Natiq G. və atası Yapon G. tərəfindən öldürüldüyü, sifarişin Əliyevlər tərəfindən verildiyi müəyyən edilib.

Daha sonra 2017-ci ilin yanvar ayının 15-də Əliyevlər ailəsinin nümayəndəsi Misirxan Əliyev güllələnərək öldürülüb. Bu cinayətin Sahib Məmmədov və iki yaxını tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, 2015-ci ildə öldürülən Ramil Məmmədov Sahib Məmmədovun böyük qardaşı olub.

Sahib Məmmədov qardaşını qisasını almaq üçün Misirxan Əliyevin qardaşı Gəncəli Əliyevi də 2018-ci il avqustun 8-də öldürüb.

Bu cinayətdən sonra bu dəfə Əliyevlər ailəsinin üzvü Asif Əliyev 2018-ci il avqustun 22-də Məmmədovlar ailəsinin daha bir üzvünü - Rahil Məmmədovu öldürüb. Asif Əliyev həbs edilib. Amma qan davası bununla bitməyib. Qan davasının son qurbanı 2018-ci il oktyabrın 7-də öldürülən Ruhil Ağayev olub. Ağayevi öldürənlər hadisə yerindən qaçıdığı üçün onları müəyyən etmək mümükün olmayıb.

Baş verən cinayətlərlə bağlı araşdırmalar aparan İstanbul polisi hadisələrdə şübhəli sayılan Sahib Məmmədovu ötən gün həbs edib.скачать dle 11.3
Mojo.az Banner