Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur

01.02.2019 22:20 2 916
Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur
Kardiogen şok ürəyin nasos funksiyasının çatışmazlığı nəticəsində yaranan qan dövranının kəskin pozulmasıdır. Kardiogen şok daha çox miokard infarktının fəsadı kimi qəbul olunur. Bununla belə o, nadir hallarda digər səbəblərdən - ürəyin ritminin pozulması, ağciyər və beyin patologiyaları, yəni insult, həmçinin ağciyər emboliyası, travmalar, boğulmalar, zəhərlənmələr zamanı inkişaf edə bilər.

Kardiogen şokun əmələ gəlməsi infarktın ölçüsündən asılıdır. Miokard infarktının ölçüsü nə qədər böyük olarsa, kardiogen şokun əmələgəlmə ehtimalı da bir o qədər çoxalır. Miokard infarktından ölüm hallarına təqribən 20 faiz halda rast gəlmək olur. Kardiogen şokla fəsadlaşan miokard infarktı zamanı xəstənin itirilmə şansı daha böyükdür. Bu ona göstərilən ilkin tibbi yardımın səviyyəsindən asılı olaraq dəyişir. Ev şəraitində göstərilən tibbi yardım zamanı ölüm faizi yüksək olur.

Median.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vəsadət Əzizov məlumat verib.

Professor infarktın əlamətlərindən danışaraq bildirib: "Miokard infarktı ürəyi qidalandıran tac damarların trombozu nəticəsində yaranır və döş sümüyünün arxasında və ya ürək nahiyəsində deşici, yandırıcı xarakterli dözülməz ağrılarla müşahidə edilir. Bu vəziyyət kəskin koronar sindrom kimi qiymətləndirilir. Xəstədə ağrı başlayan zaman infarkt olmasına şübhə yaranarsa, mütləq ilk növbədə təcili tibbi yardıma müraciət edilməlidir. Təcili yardım briqadası gələnə qədər xəstənin dilinin altına ağrıkəsici, yəni nitroqliserin qoyulmalı və aspirin verilməlidir. Təcili yardım briqadası xəstənin ürəyinin elektrokardioqramını çəkməlidir. Elektrokardioqram zamanı infarktı təsdiq edən əlamətlər aşkar edildikdə ilkin tibbi yardım göstərilməli və xəstə ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılmalıdır. Sonrakı mərhələdə ixtisaslı həkimlər kəskin koronar sindromun konkret formasını dəqiqləşdirməli, göstərişə uyğun olaraq xəstədə invaziv koronar müdaxilə və ya trombolizis aparılması barədə qərar qəbul etməli və onu həyata keçirməlidirlər".

Kafedra müdiri bildirib ki, kardiogen şok üçün iki əsas əlamət xarakterikdir: "Onlardan birincisi qan təzyiqinin kəskin enməsi, yəni hipotenziyadır. Belə ki, sistolik təzyiqin 90, bəzi alimlərə görə 80 millimetr civə sütunundan aşağı olması adətən üzv və toxumalarda qan təchizatının kəskin zəifləməsinə, yəni hipoperfuziyaya səbəb olur. Bu rəqəm bir qədər nisbi xarakter daşıyır. Çünki elə qan təzyiqi aşağı olan insanlar var ki, onlar bu cür aşağı təzyiqə asanlıqla adaptasiya olunurlar. Bu insanlarda sistolik təzyiqin 90 millimetr civə sütunundan qismən aşağı olması hipoperfuziyaya gətirib çıxartmır. Ona görə də bəzi mütəxəssislər haqlı olaraq hipotenziya həddini arterial təzyiqin normal orta arterial təzyiqdən 30 millimetr civə sütunu və daha çox aşağı olması halı kimi dəyərləndirirlər.

Kardiogen şoka səbəb olan ikinci əlamət üzv və toxumaların qan təchizatının kəskin zəifləməsidir. Hipoperfuziya vəziyyəti bir neçə klinik əlamətlərlə müşahidə olunur: psixik statusun pozulması - narahatlıq, həyəcan, huşun qaralması; soyuq tərlə örtülmüş yapışqan dəri; sutkalıq sidik ifrazının azalması. Əksər kardiogen şoklu xəstələrdə nəbzin sürətlənməsi və tənəffüsün sayının artması ilə əlaqədar təngnəfəsliyə də rast gəlinir.

Kardiogen şok zamanı təcili ürək-ağciyər canlandırılması - reanimasiya tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə ürəyin qapalı masajı və süni tənəffüs aiddir. Reanimasiya tədbirlərindən sonra dərman müalicəsi və ya defibrilyasiya aparılması tələb olunur".

Son xəbərlər