Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

“On iki illik təhsilə keçməmək ciddi problemlərə səbəb olar”

26.01.2019 20:37 1 902
“On iki illik təhsilə keçməmək ciddi problemlərə səbəb olar”
“Təhsil müddətinin uzun olması heç də onun keyfiyyətinə təsir etmir. Apardığımız sorğular nəticəsində aydın olur ki, təhsil səviyyəsinə görə, Sinqapur liderdir. Amma burada orta təhsil müddəti o qədər də yüksək deyil. Bu, bir daha onu göstərir ki, təhsilin müddəti heç də onun keyfiyyəti ilə düz mütənasib deyil”.

Bu barədə ötən günlərdə Dünya Bankının rəsmisi Harri Patrinos açıqlama vermişdi. O bildirmişdi ki, bu baxımdan təhsil müddətini onun keyfiyyəti ilə uyğunlaşdırmaq lazımdır.

Təklifi Sputnik Azərbaycan-a şərh edən təhsil eksperti Etibar Əliyev deyib ki, Dünya Bankının ekspertləri təhsilin müddəti ilə bağlı müxtəlif tədqiqatlar aparırlar: “Azərbaycanda orta məktəblərdə tətbiq edilən kurikulumlar (təhsil proqramları) Dünya Bankının layihəsi əsasında hazırlanıb. Həmin kurikulumlar 11 illik orta təhsil üçün nəzərdə tutulub”.

“Təhsilin müddətinin onun keyfiyyətinə təsiri ilə bağlı fikrə birmənalı yanaşmaq olmaz. Hazırda 100-dən çox ölkədə orta təhsil 12 illikdir. Bir sıra ölkələrdə, xüsusilə orta təhsil sisteminin çox inkişaf etdiyi Almaniyada orta təhsil 13 illikdir. Sinqapurda isə orta təhsil 10 illikdir. Yəni Almaniya nümunəsini Sinqapur nümunəsi ilə müqayisə edə bilərik” – Əliyev bildirib.


Onun sözlərinə görə, orta təhsilə verilən müddət kurikulumların müasir cəmiyyətin tələblərinə cavab verməsi ilə sıx bağlıdır: “Kurikulumlar dünyada baş verən çağırışlara cavab verməlidir. Bizim kurikulumlarda qeyri-müəyyənlik olduğuna görə 11 illik təhsilin keyfiyyəti ilə bağlı proqnoz verə bilmirik. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş 12 illik təhsilə mərhələli keçid artıq həyata keçirilməlidir”.

“Təhlillər zamanı 12 illik orta təhsilin kifayət qədər effektini görürük. 12 illik orta təhsilə keçmək vacibdir. Nə qədər rasional kurikulumlar yazılacaqsa, bir o qədər təhsilin müddətinin keyfiyyətə təsiri də açıq şəkildə görünəcək. Bu, birmənalı şəkildə mütəxəssislərin hazırladıqları kurikulumların çevikliyi və keyfiyyətindən asılıdır” – deyə ekspert qeyd edib.


Digər təhsil eksperti Kamran Əsədov da Sputnik Azərbaycan-a şərhində bildirib ki, təhsilin müddəti tədris yükünün paylanmasına xidmət edir: “Hazırda 100-dən çox ölkədə orta təhsil 12 illikdir. Azərbaycanı bunlarla eyniləşdirə bilmərik. Təbii ki, müddətin uzun olması əmək bazarına bir az passiv şəxslərin daxil olmasına gətirib çıxarır”.

Müsahibimizin sözlərinə görə, təhsilin keyfiyyəti dedikdə, ilk növbədə təhsilin istehsalatı, yəni əmək bazarına buraxdığı kadrların keyfiyyət göstəricisi nəzərə alınır: “Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsinin 164 min tələbəsinin 42 faizi əmək bazarına işçi olaraq daxil ola bilir. 58 faizinin isə keyfiyyət göstəricisi aşağı olduğuna görə əmək bazarına daxil ola bilmir”.

“Azərbaycanda orta təhsil müddətinin uzun olması ağır tədris proqramının paylanmasına gətirib çıxaracaq və keyfiyyəti daha da artıracaq. Hazırda ağır tədris yükünü qısa müddətdə aparmaq effektiv nəticə vermir. Amma təhsilin müddəti uzansa, tədris yükünü paylamaq mümkün olacaq, tədris yükü azalacaq və daha yaxşı nəticə əldə etmək olacaq” – deyə K.Əsədov vurğulayıb.

Ekspertin fikrincə, hazırda Azərbaycan üçün ən optimal variant 12 illik orta təhsildir: “Çünki ibtidai siniflərdə tədris yükü olduqca ağırdır və şagirdlər yorulurlar. Azərbaycanda təhsil müddətinin artırılması ciddi şəkildə keyfiyyət artımına gətirib çıxara bilər”.
скачать dle 11.3
Mojo.az Banner