Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Klublarımız Antalyada: 2 qələbə, 1 heç-heçə

19.01.2019 21:41 2 486
Klublarımız Antalyada: 2 qələbə, 1 heç-heçə
Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klubları yoxlama oyunları keçirir.

Median.az xəbər verir ki, bu gün 3 klubumuz meydana çıxıb.

Topaz Premyer Liqasının debütantı "Sabah” Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib. Bunadək keçirdiyi oyunlarda uduzmayan paytaxt təmsilçisi uğurlu seriyasını davam etdirib. Rəqib hesabı açmasına baxmayaraq, təmsilçimiz onları buna peşman edib - 3:1. "Sabah"ın qollarına Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev imza atıb.

Qeyd edək ki, Bakı klubu Antalyadakı ilk oyununda Türkiyə "Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gəlmiş, ardınca Qazaxıstan "Tobol”u ilə heç-heçə etmişdi - 2:2.

Digər Premyer Liqa təmsilçisi "Səbail” isə İsveçrənin "Sürix” klubu ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə yekiunlaşıb. Təmsilçimizin qoluna Ağabala Ramazanov imza atıb.

Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunu olub. "Səbail" İlk matçında Macarıstan klubu "Aqvital”a 3:2 hesabı ilə qalib gəlmişdi.

"Qarabağ" iəs Çexiyanın "Bohemians” klubu ilə görüşüb. Hesabı çexlər açsa da, "Qarabağ" 36-cı dəqiqədə Filip Ozobiçin qolu ilə bərabərliyi təmin edib. 62-cı dəqiqədə Donald Gerye ikinci qolu vurub. Son dəqiqədə isə Simeon Slavçev fərqlənib - 3:1.

"Qarabağ" Antalyadakı ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 0:1 hesabı ilə uduzmuşdu.скачать dle 11.3
Mojo.az Banner