Mojo.az — elanlar
Son Xəbərlər
14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Komitə sədri: Boşanmalar iki dəfə çoxalıb

25.12.2018 18:45 1 850
Komitə sədri: Boşanmalar iki dəfə çoxalıb
Valideynlərdən yalnız biri ilə yaşayan uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problemlər hər iki valideyni ilə yaşayanlara nisbətən daha çoxdur. Bu, həm somatik, həm yoluxucu xəstəliklərə, xüsusilə psixi pozulmalara aiddir.

Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

Komitə sədri qeyd edib ki, bunun əsas səbəbi onunla bağlıdır ki, bir valideynlə yaşayan uşaqlar kifayət qədər diqqət görmür.

“Valideyn çalışır və uşaqların sağlamlığı diqqətdən kənarda qalır. Bir sözlə, ailələrin dağılması, boşanmalar, ilk növbədə, uşaqların sağlamlığına təsir edir. Uşaqların sağlamlığına təsir edən digər fakt isə ailələrin sosial-iqtisadi vəziyyətidir.

Bir ailədə bir valideyn olanda, şübhəsiz ki, onun maliyyə vəziyyəti də çətin olur”, - deyən Ə.Əmiraslanovun sözlərinə görə, dünya statistikası göstərir ki, son on ildə nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada boşanmalarda, ailələrin dağılmasında say artıb:

“Boşanmalar iki dəfə çoxalıb ki, bu, çox ağır və dəhşətli göstəricidir”.
//oxu.az

Son xəbərlər