Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Millət vəkili autizmli uşaqların məsələsini gündəmə gətirdi

13.03.2019 19:46 1 771
Millət vəkili autizmli uşaqların məsələsini gündəmə gətirdi
Azərbaycanda altı minə yaxın uşaq autizmdən əziyyət çəkir.

Median.Az
xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 13-də keçirilən iclasında deputat Sona Əliyeva bildirib.

Millət vəkilinin dediyinə görə, “Xüsusi təhsil haqqında” qanunda autizmdən bəhs olunmur.

O qeyd edib ki, autizmdə dörd ağırlıq dərəcəsi var.

“Bu uşaqlar necə təhsil almalıdır, xüsusi, yoxsa inklüziv təhsillə təmin olunmalıdır? Artıq autizmdən əziyyət çəkən uşaqlarla bağlı işi Təhsil Nazirliyi, yaxud Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aparmalıdır”, - deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda bu uşaqlarla bağlı reabilitasiya mərkəzi yoxdur.

S.Əliyeva bildirib ki, bununla bağlı dövlət orqanlarının düşünməsinə ehtiyac var:

“Dünyada aparılan statistika göstərir ki, gələcəkdə hər 10 uşaqdan üçü autizmdən əziyyət çəkəcək. Hazırda ABŞ-da hər 150 uşaqdan biri, Böyük Britaniyada hər 100 uşaqdan biri autizmdən əziyyət çəkir”.

Adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli isə cavabında deyib ki, bu altı min uşağın hamısı təhsildən kənarda qalmır.

Komitə sədri qeyd edib ki, təhsildən kənarda qalanlar onların onda biri qədərdir.

“İnklüziv təhsilin bütün formalarına dövlət tərəfindən təminat verilir. İkincisi, bu gün komitədə müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanunda evdə təhsillə bağlı müddəalar var. Burada problem qanunda yox, işin təşkili ilə bağlı müəyyən maneələrdədir.

Azərbaycanda inklüziv və evdə təhsil yolu ilə bu uşaqların təhsil problemini həll etmək olar. Bunu, sadəcə, məsuliyyətlə həyata keçirmək lazımdır”, - deyə komitə sədri əlavə edib.//oxu.az

Son xəbərlər