Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Deputat: “Papa”larının “gül balaları”nın problemi yoxdur

24.05.2018 14:31 2 568
Deputat: “Papa”larının “gül balaları”nın problemi yoxdur
İmkansız ailələrin övladlarının, xüsusilə istedadlı uşaqların ödənişsiz ali təhsilə yollarını, qapılarını açmalıyıq. Bu, mütləq edilməlidir.

Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 24-də keçirilən iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihələrinin müzakirəsi zamanı millət vəkili Asim Mollazadə deyib.

“Onsuz da “papa”larının “gül balaları” üçün ödəniş məsələsində heç bir problem yoxdur. Onlar istənilən yollarla təhsil ala, ödəniş edə biləcəklər. Amma imkansız ailələrin istedadlı övladlarının ödənişsiz ali təhsilə yollarını açmalıyıq. Onlara belə bir imkan verilməlidir”.

Millət vəkili Tahir Mirkişili isə deyib ki, ali təhsil məktəblərinə, universitetlərə qəbul asanlaşdırılmalı, amma həmin məktəblərdə təhsil, tədris bir qədər sərtləşdirilməlidir.

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva da təhsil qanununa dəyişiklikləri əhəmiyyətli sayıb.

Amma təklif edib ki, “təhsilin səviyyələri və pillələri” məsələsinə yenidən baxılsın.

Son xəbərlər