Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Millət vəkili: Dərsliklər bərbad vəziyyətdədir

24.05.2018 14:33 1 674
Millət vəkili: Dərsliklər bərbad vəziyyətdədir
Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva məktəblərdə dərs yükünün ağır olmasından narazıdır.

Millət vəkili bu yöndə narazılığını Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında dilə gətirib.

Millət vəkili deyib ki, bu məsələ cəmiyyətdə də ciddi müzakirə olunmaqda və narazılıqlar yaratmaqdadır:

“Ona görə hesab edirəm ki, orta məktəblərdəki dərs yükü sadələşdirilməlidir. Dərsliklərin vəziyyəti olduqca bərbaddır. Bir dəfə demişəm, indi də deyirəm ki, dərsliklər daha çox orta məktəb müəllimlərinin özləri tərəfindən yazılmalıdır.

Bu, daha xeyirli və effektli olar. Bununla yanaşı, rus məktəblərindəki ədəbiyyat fənni üzrə dərsliklər çox bərbad vəziyyətdədir. Başa düşmək olmur ki, oradakı şeirlər, hekayələr haradan götürülüb, kimlər tərəfindən yazılıb?! Nə başı var, nə ayağı. Uşaqlar çox əziyyət çəkirlər. Bunlar təcili aradan qaldırılmalıdır”.

Millət vəkili Pərvin Kərimzadə isə təklif olunan dəyişiklikləri müsbət saydığını və dəstəklədiyini bildirib:

“Hesab edirəm ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Bu, heç də test üsulunun aradan qaldırılması demək deyil. Bu, mütərəqqi üsuldur. Düşünürəm ki, qəbul sadələşdirilməlidir”.

Son xəbərlər