Mojo.az Banner
18:09 1-ci sinfə gecikən uşaqlar üçün elektron qəbul başlayır  |     18:03 İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ  |     17:58 Qazaxıstan "Avroviziya-2027" qatılır?  |     17:51 Çilidə qocalar evi yandı, çoxlu sayda ölən var  |     17:44 Hörmüzdən sonra yeni təhlükə: Daha bir keçid risk altındadır  |     17:39 Xərçəng riskini artıran əsas vərdişlər açıqlandı  |     17:31 Unun topdansatış qiyməti nə qədər bahalaşdı?  |     17:25 ÜST xəbərdarlıq etdi: Bu vərdiş övlad sahibi olmaq şansını bitirir!  |     17:18 Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?  |     17:13 Anasının pensiyasını əlindən alan şəxs həbs edildi  |     17:07 Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?  |     17:00 Maaş ayın sonuna çatmır: Ailə büdcəsini necə qorumaq olar?  |     16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda autizmli uşaqların sayı artır

25.01.2019 18:25 2 023
Azərbaycanda autizmli uşaqların sayı artır
Autizm – ağır psixiki xəstəlikdir. Belə xəstəliklə doğulmuş uşaq ailəsi üçün çətin bir sınaqdır. Son illər ölkəmizdə autizmli uşaqların sayı artır. Lakin ölkədə autizmli övladları olan ailələrə yardımın göstərilməsi ilə bağlı nə hər hansı qanun, nə də Dövlət proqramı var.

Milli Məclisin deputatı Qənirə Paşayeva ötən gün parlamentdə etdiyi çıxışda, autizmin son zamanlar təhlükəli forma aldığını və autizmli uşaqların sayının ildən-ilə artdığını vurğulayıb.

Deputatın sözlərinə görə, ona və digər deputatlara az qala hər gün autizmli uşaqlar böyüdən ailələrdən çoxsaylı müraciətlər daxil olur.

“Valideynləri uşaqlarının səhhəti ciddi şəkildə narahat edir. Bu, adi bir xəstəlik deyil, böyük dərddir. Ona görə də hesab edirəm ki, bu xəstəliklə bağlı yenin qanunvericiliyin hazırlanmasına, həmçinin, bu məsələ ilə əlaqədar ictimai dinləmələr keçirməyə ehtiyac var”, – deyə Q.Paşayeva bildirib.

Həkim-nevroloq Hüseyn Sultanov hesab edir ki, Azərbaycanda autizmin öyrənilməsi və müalicəsi ilə bağlı dövlət proqramı qəbul olunsa, ilk növbədə bu sahəni bilən mütəxəssislərin yetişdirilməsi lazım gələcək. Bu isə ən azından 2-3 il vaxt aparacaq.

“Təəssüflər olsun ki, bu gün Azərbaycanda işləyən psixonevroloqlar autizm problemi ilə elə də yaxşı tanış deyillər. Ona görə də tibbin bu sahəsində yeni savadlı kadrlara ehtiyac var

Azərbaycanda autizmdən əziyyət çəkən insanların statistikasına gəlincə, bu istiqamətdə hər hansı tədqiqat işi aparılmayıb, ona görə hər hansı konkret rəqəmlər söyləyə bilmərik. Misal olaraq onu deyə bilərəm ki, ABŞ və Cənubi Koreyada hər əllinci uşaq bu diaqnozla doğulur.

Təəssüflər olsun ki, belə uşaqlar bizdə də az deyil. Ancaq autizmin hiperdiaqnostika hallarına da rast gəlmək olur (Bu və ya digər xəstəliyin mövcudluğu haqqında səhv tibbi rəy). Yəni uşağa yanlış diaqnoz qoyurlar və valideynlər qızı və ya oğluna qoyulmuş bu diaqnozu təkzib edən bir həkim ortaya çıxana kimi uzun illər bu “damğa” ilə yaşamalı olurlar”, – deyə Q.Sultanov bildirib.

Onun sözlərinə görə, bir vacib məqamı hafizəyə həkk etmək lazımdır: autizm deyilən xəstəlik yoxdur.

“Autizm – əslində, müxtəlif pozuntularının məcmu adıdır. Oxşar simptomları olan çoxsaylı autistik pozuntular və xəstəliklər var ki, onları biz ümumiləşdirib autizm kimi qələmə veririk, Belə oxşar xəstəliklər onlarladır, bu xəstəlikləri ayırd edə bilən həkimlər isə faktiki olaraq yoxdur.

Autizmlə əlaqələndirilən səbəblər barədə danışırıqsa, bilməliyik ki, belə bir xəstəlik yoxdur. Epigenetik autizm və genetik auitizm var. Sonuncu gendə baş verən mutasiyalarla əlaqəlidir.

Bəziləri autizmi vaksinasiya ilə əlaqələndirir, ancaq bu qeyri-peşəkar yanaşmadır. Bundan savayı, vaksinasiyanın müsbət və mənfi göstəriciləri var. Onları mütləq nəzərə almaq lazımdır. Lakin vaksinasiyanın vacibliyinə də etinasız yanaşmaq düzgün deyil. Məsələn, peyvənd olunmamış uşaq poliomielitdən sağ qalsa belə, ömrünün axırına kimi şikəst olur. Məhz buna görə vaksinasiya haqqında danışan zaman və onu autizmlə əlaqələndirən zaman diqqətli olmaq lazımdır.

Autizmə səbəb olan faktorlardan asılı olaraq, müvafiq müalicə təyin olunur. Patogenik, simptomatik və reabilitasiya müalicəsi mövcuddur. Bu dörd müalicə metodlarından hər biri uşağa qoyulmuş diaqnoz əsasında istifadə olunur”, – deyə Q.Sultanov bildirib.

Övladı autizmdən əziyyət çəkən Ülkər Nəzirova da o fikirdədir ki, autizmdən əziyyət çəkən uşaqlarla bağlı qanun və ya dövlət proqramı mütləq qəbul olunmalıdır.

Onun sözlərinə görə, bu gün dövlət autizmdən əziyyət çəkən uşağa 20 manat yol pulu, 80 manat əlillik təqaüdü ödəyir.

“Bu 100 manatla, əlbəttə ki, dolanmaq mümkün deyil. Üstəlik, bir çox qadınlar belə uşağın doğulmasından sonra işdən çıxmağa məcbur olur. Ona görə də müavinətlər daha yüksək olmalıdır”.

Autizmdən əziyyət çəkən övladı olan ailələr uşağın müalicəsinə daha çox pul xərcləyir. Təkcə bir həkim qəbulu 80 manata başa gəlir, hələ bahalı dərmanları demirəm. Dövlətin bu problemə müdaxilə etməsini gözləyirik”, – deyə Nəzirova fikrini tamamlayıb.скачать dle 11.3
Mojo.az Banner