Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)

12.09.2026 16:34 351
Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)
2026-cı ilin yayında Azərbaycanda dənizdə baş verən boğulma hadisələri arasında cəmiyyətə tanış simaların da adları yer alıb. Bu il dənizdə həyatını itirənlər sırasında media əməkdaşı, müstəntiq və müğənni də olub.

Median.Az
Modern.az-a istinadən həmin şəxsləri xatırladır:

Məqsəd Məmmədli

Bu il dənizdə həyatını itirən şəxslər arasında AzTV-nin əməkdaşı Məqsəd Məmmədli də olub. 35 yaşlı Məqsəd Məmmədli AzTV-nin İnformasiya Proqramları studiyasında prodüser kimi çalışıb. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Məmmədlinin meyiti Mərdəkan ərazisində, xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə aşkarlanıb.

Seymur Allahverdiyev

Avqust ayında dənizdə boğularaq həyatını itirənlərdən biri “Krosna” qrupunun solisti Seymur Allahverdiyev olub. 1996-cı il təvəllüdlü sənətçinin meyiti avqustun 11-də Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində aşkarlanıb. FHN-in məlumatına görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində baş verib.

Ümid Hüseynli

Dənizdə həyatını itirənlər arasında ictimaiyyətə tanış olan digər şəxs isə Ümid Hüseynli olub. 2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseynli iyulun 25-də Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə boğularaq həyatını itirib. Məlumata görə, hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1,5 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə baş verib. Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.

Son xəbərlər