Mojo.az Banner
SON DƏQİQƏ
19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda möhtəşəm yeniliklər gözlənilir

18.12.2018 14:52 3 900
Bakı metrosunda möhtəşəm yeniliklər gözlənilir
Metronun “Bakmil” stansiyasında təmir-tikinti işlərinin artıq son mərhələsi görülür. Sərnişinləri möhtəşəm yeniliklər gözləyir.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada platforma üzərində xüsusi çətirlər quraşdırılıb:

“Bu çətirlər platformada dayanan sərnişinləri yağışlı havadan qoruyacaq. Eyni zamanda çətir kəskin hava şəraitlərində platformanın ətrafında yerləşən stansiya avadanlıqlarının qorunması və sıradan çıxmasının qarşısını alacaq.

Daha bir yenilik isə sərnişinlərin əvvəlki kimi birinci mərtəbədən yox ikinci mərtəbədən qəbul edilmələri ilə bağlıdır. “Bakmil” stansiyası təmirdən sonra yeniliklərlə sərnişinlərin istifadəsinə veriləcək. Təbii ki, görülən işlər 40 ildir fəaliyyət göstərən stansiyanın memarlıq orijinalının qorunub saxlanması ilə həyata keçiriləcək. Sadəcə olaraq stansiyanın infrastrukturu tamamilə dəyişiləcək. Stansiyanın istifadəyə verilmə tarixi isə yaxın günlərdə açıqlanacaq”.скачать dle 11.3

Son xəbərlər