Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Robert Kubitsa: Məmnuniyyətlə Bakı yollarında maşın sürərdim

10.12.2018 12:26 5 161
Robert Kubitsa: Məmnuniyyətlə Bakı yollarında maşın sürərdim
Növbəti ildə Robert Kubitsa “Williams” komandasının üzvü kimi “Formula-1” yarışlarına qayıdacaq. İdmançı 2018-ci ildə nə ilə məşğul olduğunu və növbəti mövsümdən gözləntilərini bölüşüb.

Median.Az
xəbər verir ki, bununla bağlı F1news.ru məlumat yayıb.

“Uzun yol keçmişəm və bu səyahət xoşbəxt sonlandı. Bunu ən böyük uğurum hesab edirəm, ancaq indi qarşımda çətin tapşırıq var. Əlbəttə, əvvəllər hansısa yollarda yaxşı çıxış etmişəm, yenidən sükan arxasına keçmək istəyirəm. Ancaq əvvəllər olmadığım bəzi yollarda çox böyük məmnuniyyətlə avtomobil idarə edərdim. Buna misal kimi Bakını göstərmək olar.

Mənə iki məsələ yardımçı oldu. Birincisi, xoşbəxtəm ki, yenidən bu işə qayıtmışam. İkincisi, etiraf etməliyəm ki, bu il avtomobilimiz elə də yaxşı deyildi. Bu il məqsədimə çatmaq üçün ilk addımımı atdım”, - R.Kubitsa deyib.

Son xəbərlər