Mojo.az Banner
21:57 Gəncədə 26 yaşlı gəncin meyiti tapıldı  |     21:49 Bəzi ərazilərdə qaz olmayacaq  |     21:44 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     21:36 Görüntüdəki şəxslər əsgərin nənə-babası deyil, valideynləri imiş – VİDEO  |     21:30 Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi  |     21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |     20:40 Kiberdələduzluq hallarına qarşı diqqətli olun!  |     20:35 Azərbaycan alma ixracından gəlirini 7 % artırıb  |     20:27 Sabah 38° isti olacaq  |     20:22 Simonyan ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi  |     20:14 Bu şəxslər vergi ödəməyəcək  |     20:09 Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən xəbər var  |     20:02 Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək  |     19:57 Prezidentin əfv fərmanından imtina edən qırğız səbəbi açıqladı  |     19:49 Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır  |    
Left Banner
Right Banner

Güclü külək paytaxtda 80 ağacı aşırıb

30.11.2018 13:43 2 277
Güclü külək paytaxtda 80 ağacı aşırıb
Ötən gündən paytaxtda əsən güclü külək nəticəsində paytaxtın müxtəlif istiqamətlərində 80 ağac aşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dünən günorta saatlarından bu saata qədər 76 ağacın aşması ilə bağlı məlumat daxil olub:

“Ötən gündən paytaxtın müxtəlif istiqamətlərində güclü külək nəticəsində 80 ağac aşıb. Çoxsaylı budaq qırılmaları qeydə alınıb. Müraciətlər arasında çoxluq, əsasən, Yasamal, Xətai və Nəsimi rayonları ərazisinə düşür. Güclü küləklə əlaqədar bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ağac aşması faktı ilə müraciət daxil olan bütün ünvanlara gecə saat 05:00 radələrində əməkdaşlar cəlb edilib, yaranan fəsadlar aradan qaldırılıb. Daxil olan müraciətlər əsasında paytaxt ərazilərinin 99 faizi aşan ağaclardan təmizlənib. Ağacların aşması nəticəsində insan tələfatı və avtomobillərə ziyan dəyməyib”.

O.Məmmədov onu da əlavə edib ki, güclü külək hətta sağlam ağacları da aşırıb:

“Ağaclar arasında qurumuş, yaşlı ağaclarla yanaşı, sağlam ağacların olmasını nəzərə alaraq, vətəndaşlara diqqətli olmağı tövsiyə edirik. Hazırda aşma təhlükəsi olan ağaclar nəzarətdə altında saxlanılır. Şəhərin müxtəlif ərazilərinə ehtiyat məqsədilə texnikalar cəlb edilib.

Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.скачать dle 11.3
Mojo.az Banner