Bərdə polisi silsilə ev oğurluqları törədən 3 nəfəri saxlayıb
İkin araşdırma zamanı məlum olub ki, onlar sentyabr-oktyabr ayları ərzində həmyerliləri Rəhim Abdullayev, Svetlana Cavanşir qızı, Kəmalə Qasımova və Rəhilə Adıgözəlovaya məxsus mənzillərə qanunsuz daxil olmaqla, ümumilikdə 4500 manat məbləğində pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlayıblar.
Bərdə RPŞ İstintaq bölməsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddələri ilə
cinayət işi başlanılıb.