Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi |
Mojo.az Avto
Mojo.az Avto

ATV-nin aparıcısı kampaniyaya başladı: "Televiziyalardakı səviyyəsizliyə son"

22.10.2018 13:46 3 283
ATV-nin aparıcısı kampaniyaya başladı:
Tanınmış teleaparıcı, ATV-də yayımlanan "5-ci element" veriilişinin aparıcısı Ranar Musayev son günlər aparıcıların verilişlərdə etdiyi hərəkətləri tənqid edib.

Ranar İnstaqramda paylaşım edərək bunları yazıb:

"Bəyəni və şərh xatirinə təpik atan, dombalaq aşan, dilənçilik edən, firildaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr... Eləcə də bu videoları paylaşıb şərh edən insanlar müraciətim sizədir: Əslində onları tənqid yox təbliğ edirsiz. Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiz. Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur. Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdılar. Onları bu müzakirələrlə tənqid yox, təbliğ edirsiz, məşhurlaşdırırsız, yaşadırsız... Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar.

Əgər gələcəkdə övladınızın, cəmiyyətimizin onlara oxşamasını istəmirsizsə, mübarizəyə qoşulun. Hansısa belə bir videoya rast gəldiyiniz zaman baxmayın, baxış sayını artırmayın, şərh yazmayın. Qoy bilsinlər, mənəviyatımızı məhv etmək istəyən şəxs və ya səhifə şəxsən siz tərəfdən öz cəzasını alacaq.

Televizoru onun üçün söndürmədik ki, indi də sosial medianı zibilləsinlər. Bu mövzular ətrafında hay-küyü öldürməklə, onları diqqət dairəmizdən çıxarmaqla, bu tipdə paylaşımları rədd etməklə vətənimizi, millətimizi bu dəhşətdən qurtara bilərik. Əks halda bu faciə hər birimizin əksinə işləyəcək. Yeni nəsil bunları görüb yetişir və norma kimi qəbul edir. Çünki gözünü açandan bu səviyyəsizliyi görür. Övladlarımızın onlara bənzəməsi qaçılmazdır. Amma çıxış yolu var, mübarizəyə qoşulun. Hər şey çox sadə və asandır. Hazırsız? Onda "Səviyyəsizliyə stop" kampaniyasına qoşulun".

Qeyd edək ki, bir neçə gün əvvəl əməkdar artist Mehriban Xanlarova aparıcısı olduğu verilişdə şpaqat açıb, təpik atıb. Onun bu hərəkəti izləyicilər tərəfindən təhqir edilib.//azxeber.com

Son xəbərlər