Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Afətdən xalq artistlərinə AĞIR SÖZLƏR: "Qələt edirsiz, məni tənqid etdiyiniz yerdə!" - FOTO+VİDEO

25.03.2019 13:00 2 920
Afətdən xalq artistlərinə AĞIR SÖZLƏR:
"Qələt edirsiz, məni tənqid edirsiz!"

Bu sözləri Afət Fərmanqızı onun "Pəncu-şeş" mahnısını tənqid edən xalq artistləri Flora Kərimova və Rasim Balayevə ünvanlayıb.

Dahi Nəsiminin "Sığmazam" qəzəlini hind ritminin üstündə ifa edən müğənni mahnısına görə onu tənqid edənləri məhkəməyə verəcəyini deyir:

Fərmanqızı "İnstagram"da paylaşım edərək, F.Kərimovanın tənqidinə təhqirlə cavab verib:

"Bu rəhmətliyi xınaya aparmaq istəyirdim, deyəsən getmək istəmir. Boş-bekar qalıb, hamıya söz atır. Mən olmasaydım, bu kimə söz atıb gündəmə gələcəkdi. Bədbəxt də, ağılsız da sənsən ki, reytinq toplamaq üçün səni efirə çağırıb "tırkalayıb" danışdırırlar".

Fərmanqızı onu tənqid edən digər xalq artisti Rasim Balayevi də cavabsız qoymayıb:

"Hələ bir xalq artisti var, aktyordur. Özünü elə aparır ki, elə bil Nəsimidir. O vaxt məni təhqir edəndə hörmət etdim, cavab vermədim. Başım toylardan açılsın, onun da payını verəcəm".

İfaçı daha sonra xalq artistləri Flora Kərimovaya və Rasim Balayevə "qələt edirsiz, məni tənqid edirsiz!" deyib və hər iki sənətkarı onu tənqid etdiyi üçün məhkəməyə verəcəyini bəyan edib:

"Bunları məhkəməyə verirəm. Rəhmətliyin (red: F.Kərimovanı nəzərdə tutur) həddini bildirdim. Qələt edirsiz, məni tənqid edirsiz! Ümumiyyətlə, bu kimdir axı, hamıya sataşır?! Oxumuşam, zor eləmişəm! Yenə də oxuyacam! Bunun yiyəsi, oğlu-qızı yoxdur ki, başa salsın ki, sən kimsən ki, qadağa qoyursan".

Xatırladaq ki, F. Kərimova verilişlərdən birində Afətə ifasına görə ağır sözlər demişdi: “Kim millətinə, xalqına "əcəb edirəm" deyirsə, onların acığına nəsə edirsə, sonra da xalqdan qazandığı pulları camaata göstərib acıq verirsə... Qızım, ayıbdır! Qadının mənliyi olmalıdır. Ay bədbəxt, ay ağılsız, kimə acıq verirsən?

Əllərində pul və mikrafon oxuyur. Sən bir bax gör, o pulu nəyinə, nə etdiyinə, hansı xüsusiyyətinə görə verirlər? Sən niyə Azərbaycan musiqisini o günə salırsan? "Əcəb eləyirəm" deyən sənə və sənin oğluna nə hörmət ola bilər? Vaxtında bir insan, vətəndaş kimi bu bağıra-bağıra başa salaraq durmuşdum.

Dediklərim indi öz yerini alır. Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. O xanım böyük qəbahət etdi. Azərbaycan musiqisini, onun ləyaqətini ayaqlar altına atdı. İnsanları çaşdırdı. Qulaq asdığım, hörmət etdiyim sənətçiləri özlərinə əl çaldırdı. Millət, əvvəlcə tənqid, sonra təhqir etdi. Əcəb etdi. Afət, sən özünə necə sığışdırırsan? Sən kimə sataşırsan, sənin qəhrəmanının, simanın dərisini soyurlar, sən isə belə oxuyursan”.



/Baku.ws

Son xəbərlər