Mojo.az Banner
21:23 Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi  |     21:15 "Qarabağ"ın sabiq qapıçısı Türkiyə klubunda  |     21:06 Su xəttinin qəzalı hissəsi yenisi ilə əvəzləndi  |     21:00 İki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     20:39 Erməniəsilli bloqerin Dubay macərası ekstradisiya ilə başa çatdı  |     20:27 Bakıda törədilən qətllə bağlı yeni detallar: "Haradan bilim ki, çantalarda meyit tikələri var?"  |     19:57 Macarıstandakı səfirimiz də vəzifəsindən geri çağırıldı  |     19:50 İsveçdə 20 gənc futbolçu itib  |     19:40 Azərbaycanda 15 yaşlı qızla evlənən şəxs HƏBS OLUNDU  |     19:29 Göygöldə 11,8 min manatlıq heyvan oğurluğu  |     19:24 Azərbaycan millisinin futbolçusu Macarıstan klubuna keçdi  |     18:56 İnterpolun axtardığı şəxs Monteneqroda tutuldu - Ölkəyə gətirildi  |     18:45 Yaponiyada yenidən zəlzələ baş verdi  |     18:33 Baş nazir Xalq artisti ilə bağlı qərar imzaladı  |     18:22 Magistraturaya qəbulun nəticələri AÇIQLANDI  |     17:43 "Ferrari"nin ilk avtomobili necə yaranıb? - "125 S"in bilinməyən hekayəsi  |     17:28 Azərbaycanda yarım ildə neçə heyvan dişləməsi qeydə alınıb?  |     17:20 Sabunçuda qadın bıçaqlandı: Əri SAXLANILDI - Hadisənin TƏFƏRRÜATI  |     17:15 Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir  |     17:03 İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi  |    
Left Banner
Right Banner

Azərbaycan Fələstinə 200 min dollar yardım edib

10.10.2018 12:16 2 134
Azərbaycan Fələstinə 200 min dollar yardım edib
Azərbaycan Respublikası Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və İslam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East – UNRWA) bu ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış UNRWA Yaxın Şərq regionunda 5 milyondan artıq fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. 2018-ci ildə agentliyin büdcəsində kəskin kəsrin yaranması bu təşkilatın normal fəaliyyətinə və proqramlarının davamlılığına əhəmiyyətli dərəcədə risk yaradıb. Bununla əlaqədar olaraq, UNRWA-ya dəstəyin göstərilməsi məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif kampaniyalar həyata keçirilir, bir sıra ölkələr tərəfindən bu təşkilata əlavə yardımın edilməsi üçün addımlar atılır.

Xatırladaq ki, avqustun 5-də İndoneziyada baş verən 6,9 şiddətində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, oktyabrın 8-də 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim olunub.скачать dle 11.3
Mojo.az Banner