Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır |
Mojo.az Avto
Mojo.az Avto

Ağstafada evə avtomat silahla basqın edən quldurlar tutulub

18.09.2018 17:02 5 716
Ağstafada evə avtomat silahla basqın edən quldurlar tutulub
Median.Az xəbər verir ki, sentyabrın 17-i səhər saat 4 radələrində Ağstafa şəhərində yaşayan Əmirxan Mustafayevin evinə qarət məqsədi ilə girmiş iki maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib, havaya 2 dəfə atəş açaraq, bıçaqla hədələyib pul verməsini tələb ediblər. İnsident zamanı zərərçəkmiş onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb.

Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olması müəyyən edilib. Cinayətin törədilməsində istifadə edilmiş “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb.

Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Budaqov saxlanılıb.

Ağstafa RPŞ İstintaq bölməsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər